“Sərhəddə nəzarəti gücləndirməliyik” – Tanınmış həkim koksaki virusunun hansı ölkədən gəldiyini açıqladı

“Sərhəddə nəzarəti gücləndirməliyik” – Tanınmış həkim koksaki virusunun hansı ölkədən gəldiyini açıqladı


"Koksaki virusunun yaratdığı dərin təsirlərin fərqində olmadığımız halda, ola bilər ki, həmin viruslar bir müddət sonra hansısa yeni xəstəliyin əsasını qoysun”.


Sfera.az-a açıqlamasında bu sözləri Azərbaycanda, xüsusən uşaqlar arasında bədəndə səpki, ishal, qusma simptomları ilə müşayiət olunan koksaki virusu xəstəliyinin yayılması və onun mümkün təhlükələri barədə danışırkən tibb elmləri doktoru Adil Qeybulla deyib:

 

"Koksaki virusu Azərbaycana Ukraynadan keçib. Virus həyatın qeyri-hüceyrəvi formasıdır. İstər qrip, istərsə də virusun digər növləri olsun, bütün bunlar orqanizmə, genlərə dağıdıcı təsir göstərir. Virusların hər bir ştamının insan sağlamlığına müxtəlif cür təsirləri olur”.


Həmsöhbətimiz koksaki virusuna qarşı mübarizədə sərhəd nəzarətini gücləndirməyi tövsiyyə etdi: "Bu cür infeksiyalar yayılanda ilk növbədə sərhəd zonalarında nəzarəti gücləndirməliyik. Elə bir şərait yaratmalıyıq ki, belə şübhəli xəstəliklər mümkün qədər Azərbaycan sərhədini keçməsin. Bu xəstəliyə tutulanları karantində saxlamaq lazımdır. Çünki, infeksiya həmişə olmur. Baş verən halda isə dediyim tədbirlər görülməlidir”.

 

Həkimə görə belə hallarda xəstələr izolyasiya olunmalıdır: "Onun digərlərinə keçməsinin qarşısını almaq üçün dərhal izolyasiya olunmalıdırlar. İstənilən belə infeksiyalar zamanı yüksək hərarət, ümumi halsızlıq və s. nəzərə çarpır. Bunlar olduğu halda həmin şəxslər digərlərini yoluxdurmamaq üçün mütləq izolyasiya olunmalıdırlar. Yəni, karantin tədbirləri görülməlidir. Bu kimi tədbirlər görülməsə, həmin infeksiyanı lokallaşdırmaq mümkünsüzdür. Nəticədə də böyük insan qrupu belə virus xəstəliyinə tutulur. Hətta koksaki virusu zamanı bəzən müəyyən fəsadları, ağırlaşmalar qalır. Onun yaratdığı dərin təsirlərin fərqində olmadığımız halda ola bilər ki, həmin viruslar bir müddət sonra hansısa bir xəstəliyin əsasını qoysun. Ona görə də bu məsələdə diqqətli olmaq lazımdır. Qarşıdan qış fəsli gəlir və bu dövrdə həmin infeksiyanın yenidən artması təhlükəsi gözlənilir. Gürcüstan, digər qonşu ölkələr, habelə Avropadan belə infeksiyalar daxil ola bilər. Bir ara quş qripi də məhz bu şəkildə yayılmışdı. Yalnız Ümumdünya Səhiyyə Təşkilatının köməyilə onu lokallaşdırmaq mümkün oldu. Təəssüflər olsun ki, koksaki virusuna ölkədə nə qədər insanın tutulduğu barədə bir söz deyə bilməyəcəyik. Rəsmi statistika da bəzən dəqiq demir”.

 

 

Elçin

Sfera.az


OXŞAR XƏBƏRLƏR

107 yaşlı kişi uzunömürlülüyün SİRRİNİ AÇIQLADI 

Böyük Britaniyanın 107 yaşlı sakini növbəti ad gününü qeyd edib və uzun ömür sürməyin sadə sirrini açıqlayıb.  Sfera.az xəbər verir ki, bu barədə...

Lalə Azərtaşın verilişi bu tarixdə BAĞLANACAQ

Xəzər Televiziyası may ayından "Təsir dairəsi" verilişinin efir vaxtını qısaldacaq, sentyabrdan isə veriliş bağlanacaq.   Sfera.az bildirir...

Türkiyə XİN İsraillə İrana ÇAĞIRIŞ ETDİ

Türkiyə İsraillə İranı və onların tərəfdarlarını daha böyük münaqişəyə səbəb ola biləcək addımlardan çəkinməyə çağırır.   Sfera.az-ın verdiyi xəbərə ...

Hüquqi şəxslər “Expressbank”dakı vəsaitlərini çıxarır – Bank kiçilib

Azərbaycanın özəl kommersiya banklarından olan “Expressbank”dan 2024-cü ilin birinci rübü ərzində hüquqi şəxslər böyük məbləğdə vəsaitlərini götürüb...

Milli Məclisin növbəti iclası bu tarixdə KEÇİRİLƏCƏK

Milli Məclisin növbəti iclası 23 apreldə keçiriləcək.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sah...

Milli Məclisdə şəhid övladları ilə bağlı MÜHÜM TƏKLİF

“Özəl orta məktəblər şəhid övladlarını pulsuz oxutmalıdır”.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Etib...