“Sergey Lavrovun Qarabağla bağlı açıqlaması ədalətsizdir”

“Sergey Lavrovun Qarabağla bağlı açıqlaması ədalətsizdir”

Sfera.az-ın məlumatına görə, bunu Milli Məclis sədrinin müavini, Parlamentin İnsan hüquqları komitəsinin sədri Bahar Muradova jurnalistlərə açıqlamasında Rusiyanın xarici işlər naziri Sergey Lavrov Dağlıq Qarabağ məsələsi ilə bağlı verdiyi açıqlamasına münasibət bildirərkən deyib.
B.Muradova bildirib ki, Sergey Lavrovun Dağlıq Qarabağla bağlı sözügedən açıqlaması ədalətsizdir. 
Vitse-spiker qeyd edib ki, Rusiyanın Dağlıq Qarabağ məsələsinin həlli ilə bağlı geniş imkanları var:
"Rusiya Azərbaycana dost, tərəfdaş ölkədir. Hesab edirəm ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bununla bağlı mövqeyini ifadə edib. Dağlıq Qarabağ məsələsinin həlli ilə bağlı kimlərinsə müxtəlif mənalar ifadə edən fikirlərindən daha çox real hərəkət gözləyirik”.
Xatırladaq ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bir neçə gün öncə mətbuata açıqlamasında Dağlıq Qarabağ məsələsinin Azərbaycanın daxili işi olmadığını bəyan edib. 



OXŞAR XƏBƏRLƏR

Prezidentlər Ağdam Konfrans Mərkəzi ilə tanış OLDULAR

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Konfrans Mərkəzi ilə tanış olublar. ...

Bu ölkədə kiberhücumların sayı ARTDI

2023-cü ildə İtaliyada kiberhücumların sayı artıb.   Sfera.az xəbər verir ki, bu barədə Milli Kibertəhlükəsizlik Agentliyi hesabat hazırlayıb. &n...

Diloram Favziyeva: "Bu gün türk dövlətləri arasında yüksələn sıx münasibətlər var"

Bu gün türk dövlətləri arasında yüksələn sıx münasibətlər var.   Sfera.az xəbər verir ki, bunu Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatasının B...

ABŞ-də ermənilərə qarşı ETİRAZ AKSİYASI: "Bizə qarşı böhtanı ancaq..."

ABŞ-də türklərlə ermənilər qarşı-qarşıya gəliblər.   Sfera.az Türkiyə mediasına istinadən bildirir ki, paytaxt Vaşinqtonda yaşayan türklər 24 aprel ...

Azərbaycan Kubokunda ən məhsuldar yarımfinal: 14 qol vuruldu

Azərbaycan Kubokunda ən məhsuldar yarımfinal qeydə alınıb.   Sfera.az xəbər verir ki, yarımfinal mərhələsində 14 qol vurulub.    Belə...

Macarıstan Azərbaycanın enerji sektoruna 2 mlrd. dollar YATIRDI

Macarıstanın MOL şirkətinin Azərbaycanın enerji sektoruna investisiyaları 2 milyard dollar təşkil edib.   Sfera.az xəbər verir ki, bunu bu gün Bakıda...