Sergey Lavrov o cümləni deyib, deməyib? – Aranı qatan açıqlama və müəmmalı təkzib

Sergey Lavrov o cümləni deyib, deməyib? – Aranı qatan açıqlama və müəmmalı təkzib

"Lavrov ola bilər, həmin fikirləri nəbz yoxlaması üçün ortaya atıb”.


Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Moskvada səfərdə olarkən Azərbaycan Milli Məclisin spikeri Sahibə Qafarova ilə görüşdə 5 rayonun qaytarılması məsələsini yenidən gündəmə gətirməsi, ardınca isə Rusiya XİN-in sözçüsü Mariya Zaxarovanın həmin fikirləri təkzib etməsi çaşqınlıq yaradıb.


Mövzuyla başlı Sfera.az-a açıqlama verən politoloq Nəzakət Məmmədovanın fikrincə, Sergey Lavrovun məlum açıqlaması nəbz yoxlanışı idi:


"Sergey Lavrovla Səbinə Qafarov arasında görüşün video görüntüləri yayımlansaydı bu görüşdə hansı fikirlərin səsləndiyi barədə daha dəqiq dəlil əldə edərdik. Lavrovun həmin görüşdə 5 rayonun qaytarılmasının vacibliyini dilə gətirməsini və Ermənistan baş nazirinin Qarabağ siyasətini tənqid edib-etmədiyini bilmirik. Ehtimalı da var, deyə də bilər. Amma dünyanın diplomatik orqanlarında belə yazılmamış qanun var.Bir söz deyilir, sonra təkzib edilir.Bu mənada Lavrov ola bilər, həmin fikirləri nəbz yoxlaması üçün ortaya atıb. Pərdə arxasında nələrin baş verdiyini bilmirik”.

 

N. Məmmədova bildirdi ki, ola da bilsin İrəvanın buna sərt reaksiyası olduğundan, sonradan Mariya Zaxarova sözügedən fikirlərin deyildiyini təkzib edib:

 

"Ola bilsin, çaşqınlıq yaradırlar. Fikri gündəmə gətirir, sonra da təkzib edirlər. Amma fikir beyinlərdə qalır. Bununla da nala-mıxa vururlar”.

 

Həmsöhbətimizin fikrincə, belə vəziyyət bir daha onu göstərir ki, Kreml ikili oyun aparır: "Məşhur filmdə olduğu kimi, biri deyir oxu, biri də deyir, oxuma. Son zamanlar Türkiyə prosesdə aktiv rol oynamağa başlayır.Bu isə Moskvanın maraqlarına zərbə olduğundan onu qıcıqlandırır.

 

Belədə Rusiya XİN rəhbəri həmin sözləri deməklə regionda əsas söz sahiblərinin özləri olduğunu göstərməyə çalışıb. Lakin hər bir halda rəsmi təkzib varsa, onu əsas götürməliyik”.


N. Məmmədovanın sözlərinə görə, yaranmış bu vəziyyətMlli Məclis spikerinin diplomatik təcrübəsinin olmamasından da irəli gələ bilər:

 

"Yaranmış vəziyyət Milli Məclis spikerinin diplomatik təcrübəsinin olmamasından irəli gəlib. Adam Slavyan Universitetinin müəlliməsi olub.Sadəcə güman ola bilər ki, Lavrov söhbət zamanı qeyri-rəsmi olaraq bu fikirləri deyib. Bizimkilər də gəlib, dərhal bunu yayıblar və bu da cəmiyyətdə ajiotaj yaradıb. Moskva ancaq rəsmi şəkildə dediyi fikirlərə görə məsuliyyət daşıyır.

 

Bəlkə də Rusiya bu sözləri dezinformasiya xatirinə ortaya atıb ki, cəmiyyətin marağını öyrənsin. Yəni, mövzu ilə bağlı bir neçə variant ola bilər. Ya bizimkilər məsuliyyətsizlikdən qorxaraq gəlib məxfi söhbəti yayıblar. Ya da Moskva bizimkilərin dililə dezinformasiya yaymaq istəyib ki, onlar səhvə yol versin. Sonra ajiotajın olduğunu görərək onu təkzib ediblər”.


Elçin


OXŞAR XƏBƏRLƏR