Dünya

Serdar Ortac: "Boşanandan sonra qiymətini niyə düşürsün ki?"

 Serdar Ortac:

Serdar Ortac da ay yarım öncə 5 il birgə evlilik həyatı yaşadığı irlandiyalı maniken Xloye Louqnan haqqında jurnalistlərə açıqlama verib.

Sfera.az ölkə.az-a istinadən bildirir ki, Xloye haqqında danışan Serdar eşq acısına çox dözümlü olduğunu dilə gətirib: "Əlbəttə, üzülürəm. Amma içimə salıb əzab çəkirəm. Sonra da mahnılar ortaya çıxır. Misal üçün, "Yaz Yağmuru" mahnımı ilk sevgilimə yazmışdım, "Balım" mahnısını da Xloyeyə ithaf etmişəm".

Ayrıldıqdan sonra Xloyenin iş tapmaqda çətinlik çəkdiyi məsələlərə də aydınlıq gətirən Serdar deyib ki, onun ayrıldıqdan sonra iş tapa bilmədiyindən hətta ucuz qiymətlərə gedəcəyi barədə söhbətlər gəzirmiş: "Xloye heç zaman qiymətini düşürməz. Hazırda Kiprdə film çəkiləcəkmiş. Qiyməti də yəqin ki, yaxşıdır. Bir də ki, boşanandan sonra qiymətini niyə düşürsün ki? Əksinə, qaldırması lazımdır. O, çox gözəl bir qadındır. Hər yerdə də iş tapa bilər. Keçmiş xanımımı sonadək dəstəkləyirəm".

XƏBƏR LENTİ

«    Oktyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123456
78910111213
14151617181920
21222324252627
28293031