Sənin Sağlığın Hamı Üçündür!

Sənin Sağlığın Hamı Üçündür!
Dahi filosof Sokrat deyib ki: "Sağlamlıq hər şey deyil, amma sağlamlıq olmayan yerdə hər şey heç nədir”.


Demək ki, sağlamlığımız hər şeydən öncədir. Biz öz millətimizin sağlamlığına biganə yanaşa bilmərik və bunun üçün əlimizdən gələni əsirgəməməliyik. Atmosferin şiddətli çirkləndiyi və biloji müharibələrin (xəstəliktörədici mikroblar, bakteriyalar, viruslar, rikketsiyalar, göbələklər) üstünlük təşkil etdiyi bir ərəfələrdə biz nələrə riayət etməliyik? Hazırda dünya üzrə ən geniş yayılmış epidemiya qrip viruslarıdır ki, əksər hallarda ölümlə nəticələnir. Bunlardan ən təhlükəlisi də Coronavirusdur. Artıq ölkəmizdə də bu virusa yoluxanlar var, lakin buna görə təşvişə düşmək deyil, əksinə ciddi tədbirlər görmək lazımdır.


Xəstəliyin ilk dövrlərində öskürək, temperatur, baş ağrı, ürəkbulanma, döş qəfəsində sıxıntı və s. əlamətlər olur. Bir neçə gündən sonra tənəffüs çatışmazlığı, pnevmoniya, böyrək çatışmazlığı ilə ağırlaşa bilir. Bu əlamətlər olduqda mütləq həkimə müraciət etmək lazımdır!
Viruslardan necə qorunmaq olar?

İnfeksiyadan qorunmaq üçün əlləri tez-tez yumaq (spirtləmək həmçinin);
Meyvə-tərəvəzi yaxşı yumaq;
Qapalı məkanlardan mümkün qədər uzaq olmaq;
İctimai nəqliyyatda və yerlərdə maska taxmaq;
Öskürən və asqıran insanlardan uzaq durmaq;
Xüsusi ilə xəstəliyin yayıldığı bölgələrdə heyvanlarla təmasda olmamaq;
Gigiyenik və sanitariya-epidemoloji qaydalara diqqət etmək;
Ev, dükan, ofis və avtomobilləri hər 3-5 gündən bir xlorlu su ilə yumaq, spirtlə dezinfeksiya etmək;
Düzgün qidalanmaya, yuxu rejiminə riayət etmək və s.vacibdir.
Lakin bəzən bunlar da fayda vermir. Necə deyərlər "Əsas olan mikrob deyil, mühitdir”. Orqanizmdə immun sisteminin normallığı xəstəliklərdən qorunmağın ən doğru yoludur. Fikir versək, epidemiya zamanı heç də hamı xəstəliyə yoluxmur. Odur ki, vitaminlərlə zəngin qidaların (xüsusən sarimsaq, limon, doşab və soğan) sayını artırmaq lazmdır ki, bədən müqaviməti artsın, immunitet güclənsin. 
Qeyd: Xəstəliyin profilaktikası müalicəsindən daha üstündür.
Bəs biz yalnız özümüzü deyil, eləcə də ətrafımızı necə qoruyaq? Bunun üçün kütləvi profilaktik tədbirlər gərəkdir (qorunmaya dair ictimai maarifləndirmə, məktəb və iş yerlərində yazılı və şifahi müraciətlər, media paylaşımlar) ki, bu da yalnız Səhiyyə Nazirliyinin deyil, həm də KİV-lər, vətəndaş cəmiyyətinin təşəbbüs fəaliyyətinə bağlıdır. Təşəbbüs göstərək ki, yalnız özümüzü deyil, cəmiyyətimizi, gələcəyimizi qoruya bilək, sağlam olaq.
Unutmayın: Sağlığınız Sizin Öz Əlinizdədir və Sənin Sağlığın Hamı Üçündür!

Nərmin Şamilova Todays.az

OXŞAR XƏBƏRLƏR

Cavanşir Məmmədovla vida mərasimi BAŞA ÇATDI -YENİLƏNDİ

Əməkdar artıst Cavanşir Məmmədovla vida mərasimi başa çatıb.   Sfera.az xəbər verir ki, mərasim mərhumun yaşadığı evdə baş tutub.   Vida m...

Cavanşir Məmmədovun ölümündən əvvəlki son görüntüsü - VİDEO

Bu gün vəfat edən Əməkdar artist Cavanşir Məmmədovun son görüntüsü yayılıb.   Sfera.az xəbər verir ki, sənətçi dünən Bakıdakı şadlıq saraylarının bir...

Türkiyə XİN: "Azərbaycanla Ermənistan arasında əldə olunan razılıq sülh sazişinə mühüm töhfədir"

Azərbaycan və Ermənistan sərhəd komissiyaları arasında əldə olunan razılıq sülh sazişi üçün mühüm töhfədir.   Sfera.az xəbər verir ki, bu barədə Türk...

""Abrams"lar 500 dollarlıq dronların qarşısında acizdir" - "New York Times”

Pilotsuz uçuş aparatları (dron) müasir müharibənin təbiətində əsaslı dəyişikliyə səbəb olur.  Sfera.az xəbər verir ki, bunu Hudson İnstitutunun hərbi ...

Almaniya XİN Azərbaycanla Ermənistan arasında razılaşmanı ALQIŞLADI

Azərbaycan və Ermənistan arasında 1991-ci il Alma-Ata Bəyannaməsi üzrə sərhədin demarkasiyasına dair razılaşma sülh sazişi ilə bağlı əsas maneəni aradan qaldırı...

Ceyhun Bayramov Seyid Abbas Musəvi ilə GÖRÜŞDÜ

Xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvini diplomatik fəaliyyətinin baş...