\"Sənin adın həm də Mirsatqındır\" - Etibar Hüseynov

\
Jurnalist Mirşahin Ağayevlə sabiq millət vəkili Etibar Hüseynov arasında söz-söhbətlər səngimək bilmir. Tərəflərdən Etibar Hüseynov "Facebook" sosial şəbəkəsi vasitəsilə Mirşahinin ünvanına sərt fikrlər səsləndirib. O, Mirşahini satqınlıqda ittiham edib.
 
Sfera.az statusu olduğu kimi təqdim edir:

"Dünən Mirşahin haqqında yazılan və paylaşılanlar, həm də onun üçün bir test idi. Əsəb, dözüm, təmkin testi. Amma Mirşahin cəmisi 3 saat tab gətirdi. Gecə saat 2 radələrində inboxuma söyüş və təhqirlə zəngin bir mesaj yazdı. Yazdı və cavab haqqımı tanımadan məni blok edib aradan "cırdı". Ona görə də cavabımı FB vasitəsiylə çatdırmaq məcburiyyətindəyəm. 

Öz naməsində, az qala hər cümləsində məni "uzunqulaq", "yetim", "bomj", "ibdar" və.s adlandirdi mətbuatimizin "söz xiridarı". Dünən bir daha əmin oldum ki, artıq tükənibsən Mirşahin. Sənin kimi iradəsi zəif olan insan TV-lərdə redaktor, məsləhətçi işləyə bilər. Amma sənə TV etibar etmək, meymun əlinə avtomat verməkdən başqa bir şey deyil. Dünən sən bunu özün sübut elədin. Nə isə, mətləbdən uzaqlaşmayaq. 
Mənə uzunqulaq deyən Şahin- bu ölkədə bir əqidəsi, mənliyi, lideri olub, 30 ilə yaxin müddətdə çalişdığı mətbuatda adı bircə dəfə də olsun hansısa xəyanətdə, rüşvətdə, iki üzlülükdə hallanmayan, dostuyla dost olan, düşmənləriylə də ləyaqətlə vuruşan, reputasiyası həmişə təmiz birisi uzunqulaqdırsa bəs onda sən kimsən? Bütün həyatln xəyanət, yaltaqlıq, çörəyi dizi üstündə gəzən birisi sən deyilsənmi? Kimlərə xəyanət etmədin? Ayazdan tutmuş Elçibəyə qədər; Surətə, Rövşənə, Fərhada, Rövnəqə, Fətullaya və sonunda da Vahid və Seyfullaya. Sənin kimi təbiətcə qorxaq, aciz və yaltaq, mətbuatda Çingizin, Şakirin, Vahidin çəkdiklərinə mətnlər yazmaqla adam oldu. Amma sonunda onlara da xəyanət etdin. Jurnalist həmkarlarına qarşı da eyni münasibət sərgiləyibsən. Bir balaca cətinə düşən kimi Rauf Arifoğlu, Eynulla Fətullayev, Əvəz Zeynallı, elə mən Etibar Hüseynov haqqında özün kimi iyrənc materiallar veribsən. Adına bu gün " yetim" dediyin şəxsə dəfələrlə, gecənin bir yarısı, telefon açıb hansısa yazıma , verilişimə görə az qala bir saat bəy tərifi deyən adam sən deyildinmi? Xəyanət, iki üzlülük sənin xislətindədir. Necə deyərlər : " ilan dərisini dəyişsə də, xislətini dəyişmir". Ona görə də sənin adın həm də Mirsatqındır. Mənə "bomj" deməklə işsizliyimə işarə vurursan. Halbuki bu qəbildən stajımız dünənə qədər eyni idi. Amma bu müddət ərzində mən heç kəsə əyilmədim, heç kəsdən incimədim, sənin kimi cilddən-cildə girib, yüz sifət almadım. Hansı rəzilliyə əl atmadın? Ölkə başçısına " Siz şahsınız, biz nökər- bizi əfv edin" deməyin, psixi xəstələr sayağı Heydər Əliyevin ruhuna yazdığın o sicilləmə də heç kəsin yadından çixmayıb. Daha sonra mətbuata gizlincə ötürdüyün aye qoymayın, "Mirşahin ölkəni tərk edir" tipli şantajın, bu variant alınmayandasa "Mirşahin ağır əməliyyat olundu" kimi tamaşalar oynayıb meymunluq elədin. Amma alınmadı. Görəndə ki, bütün bu artistiklərin heç kəsin, heç bir yerinə olmadı, ondan sonra köpün yatdı. Mən hələ kimlərinsə qəbuluna düşməkdən ötəri Moskvada Poladı, İstanbuldasa Sevili dıng eləməyini demirəm. 

Mənə ünvanladığı mesajında Mirşahin böyük bir minnət-izzətlə qeyd edir ki, guya həmin söyüşü Orduxana ünvanlayıb. Və bunu da mənim o dəstə ilə çıxdığım debatda məzlum, yazıq və məğlub vəziyyətə düşməyimə ürəyi yandığına görə edib. Və ardınca da qeyd edir ki, buna görə mən ona çox sag deməliymişəm. Amma yalan deyirsən Miri; özü də gözlərinin içinə qədər yalan. Əvvəla hamı gördü ki, o "tualet qəhrəmanları" üçü birdən gəldisə də, mən onların xoruzlarını necə qoltuqlarına verib yola saldım. Və o vaxtdan da, bir də qələt edib kiminləsə canlı yayıma çixa bilimirlər. Digər tərəfdən də əgər mənim çıxışımı belə bəyinmirsənsə, nədən bu neçə aylar ərzində özün qabağa düşüb canlı yayına çıxmırdın? Sənə kim və ya nə mane olurdu? Çıxaydın da. Buna ki, efir-filan lazım deyildi. Digər tərəfdən, əgər həqiqətən mənə belə ürəyin yanırdısa, niyə bunu indi-məlum debatdan bir aydan artıq vaxt keçəndən sonra edirsən? Qeyrət damarın nədən bir ay sonra tərpəndi? Ona görə də yalan deyirsən, özü də güzünün içinə, bəbəyinin çölünə qədər. Sadəcə qapıldığın eyforiyadan, qoltuqlarındakı qarpızlardan başın gicəlləndiyindən guya ki, özünəməxsus formada söz fırlatmaqla söyüş söydün, acıq vermək istədin kimlərəsə. Amma görəndə ki, ictimaiyyət bunu mənfi qarşıladı - söhbəti Orduxanın üzərinə fırlatdın. Amma alınmadı, nə də ki, keçmədi. Digər tərəfdənsə lap tutaq ki, Orduxanı, Məhəmmədi nəzərdə tutubsan. Sən onların ana-bacısına niyə söyməlisən ki, bəyəm onlar sənə söyüş söyüblər ki? Adını çəkdiklərim kifayət qədər qaba, necə deyərlər ağızdan və ağıldan "xarab" biriləridi. Və qayıdıb sənə 10 qat artığını qaytara da bilərdilər. Bunu sən çox yaxşı bilirsən. Və ona görə də durduğun yerdə o qələti eləməzsən. Həm də ki, ay Miri, sən heç vaxt Orduxanla üz-üzə otura da bilməzsən axı. Çünki mənəviyyatın, şəxsi həyatından tutmuş, ictimai fəaliyyətinə qədər onlardan 5 betər üfunətin, çirkabın içindəsən. Hansı üzlə, hansı haqla otura bilərsən Orduxanla üz-üzə?
Odur ki, uzun illər ona-buna "dərs" deyən Miriş müəllim, ilk testin zay çıxdı. Allah amanında".

Sfera.az
 

 
 


OXŞAR XƏBƏRLƏR

Zelenskidən ABŞ-yə MÜRACİƏT: “Putinin planları...” 

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ xalqına təşəkkür edib.   Sfera.az bildirir ki, o, həmçinin Prezident Baydenə minnətdarlığını bildirib. ...

"Liverpul"un oyunçusu: "Heç kim təsəvvür etməzdi..." 

"Liverpul"un müdafiəçisi Vircil van Deyk mersisaydlıların Premyer Liqada çempionluq yarışında iştirakından danışıb.   Sfera.az bildirir ki...

Prezidentlər Ağdam Konfrans Mərkəzi ilə tanış OLDULAR - FOTO - YENİLƏNDİ

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdam Konfrans Mərkəzi ilə tanış olublar.   Sfera...

Prezidentlər Ağdam Cümə məscidinin bərpadan sonra açılışında İŞTİRAK ETDİLƏR - FOTO - YENİLƏNDİ

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışı...

Hindistan XİN: "Bakı və İrəvanla yaxşı münasibətlərimiz var, lakin müdafiə sahəsində ixracı təşviq edirik"

Hindistanın Bakı və İrəvanla yaxşı əlaqələri var, lakin Yeni Delhini müdafiə sahəsində ixracın təşviqi maraqlandırır.   Sfera.az TASS-a istinadən xəb...

"Hakimlər təzyiq altındadır" - Qvardiola

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola İngiltərə çempionatında hakimlərin işindən danışıb.   Sfera.az bildirir ki, o, hakimlərin dü...