“Səni axtarıram”dan gedən vəkil: “Söyləsəm, yer yerindən oynayacaq”

“Səni axtarıram”dan gedən vəkil: “Söyləsəm, yer yerindən oynayacaq”
Azərbaycanlı vəkil Şəfiqə Nağıyevanın uzun zamandır ekspert kimi çıxış etdiyi "Səni axtarıram” sosial proqramdan getməsi səs-küyə səbəb olub.
Sfera.az News24.az-a istinadla xəbər verir ki, vəkilin verilişdən getməsindən yana adı qalmaqalda hallanmağa başlanıb. Bu səbəbdən Ş.Nağıyeva sosial şəbəkə hesabında açıqlama verib.

Açıqlamanın redaktə formasını təqdim edirik:

"Teleməkanda mənimlə bağlı söylənilən boş sözlər barədə mənə məlumat verildi. Sizə bildirmək istəyirəm ki, aprel ayının 4-də mən bir il ərzində gördüyum haqsızlıqlara dözməyərək, iştirak etdiyim verilişi tərk etdim. Eşitdiyimə görə, verilişin bağlanması təklifini mənimlə əlaqələndirirlər. Əslində isə verilişin baglanması təklifi bir həftə əvvəl bloger tərəfindən irəli sürülmüşdü. Mən, hələ ki, susuram! Mənə böhtan atılmasın! Söyləyəcəyim çox şeylər var, söyləsəm, yer yerindən oynayacaq. Hesab edirəm ki, ayrılanda da mərdi-mərdanə ayrılmaq lazımdır”.

OXŞAR XƏBƏRLƏR