Sənət dünyamıza ağır itki: Dünən Zaurun verilişində imiş, bu gün isə həyatda yoxdur... - Son video

Sənət dünyamıza ağır itki: Dünən Zaurun verilişində imiş, bu gün isə həyatda yoxdur... - Son video
Xəbər verdiyimiz kimi, Azərbayca teatr sənətinə ağır itki üz verib.Belə ki, Akademik Milli Dram Teatrının sabiq aktyoru, Əməkdar artist Telman Əliyev bu gün qəflətən dünyasını dəyişib.

Sfera.az
 xanim.az-a istinadən xəbər verir ki, Əməkdar artist sonuncu dəfə dünən ATV telekanalında yayımlanan Bizimləsən verlişinin qonağı olub. O, aktyor həmkarı Azərbaycanın əməkdar artisti İlham Mirzəyevin 50 illik yubileyində iştirak edib. Ürək sözlərini canlı yayımda bildirən əməkdar artist son dəfə bunları deyib:

"Bu gün mənim əzizimin İlhamın yubiley mərasimidir. Bu yubileydə baş verən hadisələr, elə bir məqamlar gəldi ki müəmməlı qaldı.Bunun özü bir gözəllik gətirir. İlhamı uşaqlıqdan tanıyıram. İlham həmişə yaşından böyük görünürdü. Yadımdadır, universitetdə oxuyurdu, arabir gəlib teatra da dəyirdi."

Qeyd edək ki, Telman Əliyev 1 noyabr 1947-ci ildə Gəncə şəhərində anadan olub. 1982-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Mədəni-maarif fakültəsini bitirib. Gəncə Dövlət Dram Teatrının səhnəsində və Akademik Milli Dram Teatrının səhnəsində müxtəlif rollarda çıxış edib.



OXŞAR XƏBƏRLƏR