Sənədsiz evlər sökülərkən kompensasiya verilsinmi? – Deputat “yox” dedi, ekspert tənqid etdi...

Sənədsiz evlər sökülərkən kompensasiya verilsinmi? – Deputat “yox” dedi, ekspert tənqid etdi...
 

 

"Deputatın və Əmlak Məsələləri Dövlət Komitəsinin sözügedən açıqlamaları dünya praktikasına, habelə adi məntiqə zidddir”.


Sfera.az-a açıqlamasında bu sözləri Milli Məclisin deputatı Fəzail Ağamalının "sənədsiz evlərə görə kompensasiya verilməməlidir” fikrinə münasibət bildirərkən iqtisadçı ekspert Natiq Cəfərli deyib.

 

 

O,qanunsuz tikilən evlərə görə müvafiq icra orqanlarının məsuliyyət daşıdığını vurğulayıb: "Belə vəziyyətin yaranması tək vətəndaşın məsuliyyəti deyil.Burada müvafiq icra strukturları da məsuliyyət daşıyır. Tək Abşeron yarımadasında 500 minə yaxın sənədsiz ev var. Bu o deməkdir ki, həmin rəqəm kifayət qədər böyük bir kütləni əhatə edir.Az qala 1,5-2 milyon insanı narahat edən bir problemdir. Hər hansı bir yerdə daşın üstünə daş qoyan kimi bir neçə dövlət orqanı həmin vətəndaşın qapısını döyür. Belə olan halda necə ola bilər ki, həmin yerlərdə evlər tikilir, vətəndaş orada illərdir yaşayır, amma bununla bağlı heç bir hökumət orqanı məsuliyyət daşımır?”.


Həmin səbəbdən, habelə beynəlxalq praktikaya istinad etməklə həmsöhbətimiz deputatın sözügedən məsələyə doğru yanaşmadığını bildirdi: "Bu doğru yanaşma deyil. Bundan başqa, beynəlxalq praktikaya görə hər hansı bir yaşayış ərazisində yaşayanlarkommunal xərcləri ödəyirsə, yaşadıqları məkana, daşınmaz əmlaka avtomatik olaraq mülkiyyət hüququ yaranır.Dünyanın hər yerində belədir.Türkiyədə uzun illər gecəqondular müzakirə obyekti olub. Amma dövlət onları sökməyə başlayanda hamısına kompensasiya ödədi. Çünkiburada yaşayan insanlar uzun illərdir işıq, qaz, su pulu verirdi. Yəni necə ola bilər ki, insan uzun illər ərzində eyni mənzildə yaşamaqla kommunal xidmətləri ödəsin, amma onun heç bir mülkiyyət hüququ tanınmasın? Bu məntiqli yanaşma deyil. Ona görə də həm deputatın, həm də Əmlak Məsələləri Dövlət Komitəsinin sözügedən açıqlamalar verməsi dünya praktikasına, habelə adi məntiqə zidddir”.

 

 

Qeyd edək ki, deputat Fəzail Ağamalı mətbuata açıqlamasında qanunsuz tikililərə görə onun sahiblərinə kompensasiya ödənilməsinin düzgün olmadığını bildirib. Bundan əvvəl isə Əmlak Məsələləri Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov da qanunsuz tikilən evlərə görə kompensasiyanın verilməyəcəyini diqqətə çatdırmışdı.

 

 

Elçin


OXŞAR XƏBƏRLƏR

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır

Ermənistan öz silahlı qüvvələrini Azərbaycanın Bağanıs-Ayrum, Xeyrımlı, Aşağı Əskipara və Qızılqacılı kəndlərindən çıxarır.   Sfera.az-ın məlumatına ...

Laçında usta bədbəxt hadisə nəticəsində öldü

Laçında bədbəxt hadisə baş verib.   Sfera.az xəbər verir ki, hadisə rayonun Hacısamlı kəndində qeydə alınıb. 1996-cı il təvəllüdlü Rəsulov Zəka Rəsul...

Yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Azərbaycanın rayonlarında aprelin 20-də gündüz bəzi dağlıq və dağətəyi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.   Bu barədə Sf...

Hakan Fidan iranlı həmkarı ilə regionu müzakirə etdi

Türkiyə xarici işlər naziri Hakan Fidan və iranlı həmkarı Hüseyn Əmir Abdullahian arasında telefon danışığı olub.   Sfera.az Türkiyə mediasına istina...

Ombudsmanla əlaqədar yeni vəzifə müəyyənləşib

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) dövlət icbari şəxsi sığorta ilə bağlı Dövlət Sosial Müdafiə Fonduna təqdim edilməli olan s...

Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlandı - FOTO

Dövlət Vergi Xidmətinin (DVX) Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsindəki ət kombinatının ...