Şənbə gününün havası...

Şənbə gününün havası...

Şənbə günü, oktyabrın 14-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Sfera.az-a verilən məlumata görə, axşam yarımadanın bəzi yerlərində havanın çiskinli olacağı ehtimalı var. Cənub küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 13-15° isti, gündüz 18-22° isti, Bakıda gecə 13-15°, gündüz 19-21° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 764 mm civə sütunundan 759 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 45-50% olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, oktyabrın 14-15-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü əsasən əlverişli olsa da, arabir güclənən cənub və şimal küləklərinin tez-tez bir-birini əvəz etməsi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Azərbaycanın rayonlarında sabah hava şəraiti əsasən yağmursuz keçəcək, səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 10-15°, gündüz 18-23° isti, dağlarda gecə 2-7°, gündüz 11-16° isti olacağı gözlənilir.

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Azərbaycanın rayonlarında aprelin 20-də gündüz bəzi dağlıq və dağətəyi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.   Bu barədə Sf...

Hakan Fidan iranlı həmkarı ilə regionu müzakirə etdi

Türkiyə xarici işlər naziri Hakan Fidan və iranlı həmkarı Hüseyn Əmir Abdullahian arasında telefon danışığı olub.   Sfera.az Türkiyə mediasına istina...

Ombudsmanla əlaqədar yeni vəzifə müəyyənləşib

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) dövlət icbari şəxsi sığorta ilə bağlı Dövlət Sosial Müdafiə Fonduna təqdim edilməli olan s...

Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlandı - FOTO

Dövlət Vergi Xidmətinin (DVX) Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsindəki ət kombinatının ...

Ceyhun Bayramov italiyalı səfiri qəbul etdi - FOTOLAR

19 aprel 2024-cü il tarixində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İtaliyanın Azərbaycandakı səfiri Klaudio Taffurinlə diplomatik fəaliyyətinin başa...

FHN əməliyyat görüntüləri yaydı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu ərazisində azyaşlıların evdə bağlı qapı arxasında kö...