Sən demə, kanalizasiya suyunda çimirik…

Sən demə, kanalizasiya suyunda çimirik…
Bakı çimərlikləri virus və infeksiya mənbəyidir

"Yay aylarında uşaqlar arasında qusma, ishal kimi əlamətlərin hamısı elə dəniz suyundan olur”

İsti havalarda hər kəs sərinlənmək üçün çimərliklərə üz tutur. Məsafə baxımından çoxları onlara yaxın ərazidə yerləşən çimərliklərdən istifadə edir.  Amma isti əlindən dənizə üz tutanlar heç də yaxşı mənzərə ilə qarşılaşmırlar. Addimbaşı hasarlanan çimərlik ərazilərinə sərbəst giriş mümkün deyil. Hasarlanmış ərazilərdə isə istirahət etmək müəyyən məbləğə başa gəlir. Bu səbəbdən çimərlik ərazisinin pərakəndəliyi də göz yorur. Belə ki, ərazinin hasarlanmış ərazisi həddən artıq təmiz, boş hissəsi isə üfunətli, atılmış tullantılarla doldur. Sahilboyu ərazini bəzəyən zibillər, boş butulka və qarpız qabıqları, eləcə də hər yerə səpələnən sellofanlar istirahət həvəsini yerlə yeksan edir.

Hələ bu azmış kimi dənizdə çimən şəxsin rastına plasmas butulkalar, tayı olmayan ayaqqabılar, parça və geyimlər də çıxır. Gülməli mənzərə ilə demək olar ki, hər gün qarşılaşan Hövsan sakini Arzu xanım deyir ki, yay mövsümü başlayandan azyaşlı usağı ilə çimərliyə istirahət etməyə gəlir. Deyir ki, bəzən dənizə axan məişət tullantıları deyil, həm də çirkab kanalizasiya sularının üfunətindən sahildə dayanmaq mümkün olmur:

"Baxan da yoxdur. Sahilin yarısından çoxunu zəbt edib hasarlayıblar. Hamısını ediblər pullu. Mən hər gün gəlib Allahın dənizinə pul ödəyəcəyəmsə, daha nə oldu. Bu neməti bizə Tanrı verib. Ondan da haqqımız çatandan, doğru-düzgün yararlana bilmirik. İnsanlarda da mədəniyyət, əxlaq qalmayıb. Gələn özü ilə bərabər zibilini də tökür. Elə o formada da sahildə atıb gedir.  Məsafəsi aralı olsa da zibil qutuları qoyulub. Amma nə fayda. Tək-tük insan görərsən ki, bu qaydalara əməl edir. Dənizin içində belə zibil qarşına çıxır. Bəzən suyun içindən sınmış şüşə butulkalar çıxır. Dəfələrlə həm dənizdə, həm də sahildə gəzərkən ayağımız şüşə qırıntılarının qurbanına çevrilib. Hətta şahidi olmuşam ki, təxminən  13-14 yaşlarında uşaqlar əllərinə keçən şüşə butulkaları sındırıb dənizə atır. Hətta daş, dəmir, taxta parçaları ilə suyu çirkləndirirlər. Belələrini tənbeh etmək də kifayət etmir. Hər biri bir valideynin nümunəsidir.   Uşağımı dənizə salmağa qorxuram ki, ayağını şüşə, dəmir parşası filan kəsər”.

Arzu xanımla söhbətimiz zamanı şikayətləri bitmirdi. Dəniz suyuna çirkab axıdılmasının zərərlərindən ağızdolusu danışan qadın azyaşlıların belə təhlükələrdən əziyyət çəkdiyini dedi:

"Yay aylarında uşaqlar arasında qusma, ishal kimi əlamətlərin hamısı elə dəniz suyundan olur. Başdan-ayağa virus mənbəyidir. Biz adətən, səhər gəlirik. Su o zaman təmiz və şəffaf olur. Bir- iki saat istirahət edib gedirik. Hamımız təmizliyə riayət etməliyik. Bir ölkənin vətəndaşlarıyıq, niyə bir-birimizə əziyyət verək ki… ”

Təsadüfi deyil ki, zaman-zaman Ekologiya və Təbii Sərvətlər Nazirliyi də məişət tullantılarından əlavə dənizin müxtəlif hallarda çirklənməsini etiraf ediblər. Bununla əlaqədar ekoloji şəraitin korlanmasını əsas gətirən nazirlik bu istiqamətdə iş apardıqlarını da bildirirlər.

Qeyd edək ki, Xəzər dənizinin əsas çirklənmə mənbələri onun hövzəsində, sahillərində və akvatoriyalarında yerləşən şəhərlərin və sənaye obyektlərinin çirkab suları, dəniz nəqliyyatından və neft mədənlərindən daxil olan müxtəlif çirkləndiricilərdir. Hazırda Xəzərsahili zonalarda 15 milyona qədər əhali yaşayır ki, onların da həyat fəaliyyəti bilavasitə bu dənizlə (əsasən də balıqçılıqla) bağlıdır. Dünyanın ən məhsuldar su sahəsi olan Xəzər yeganə dənizdir ki, nərə balıqlarının böyük ehtiyatı (təxminən 95%) burada cəmləşib.

Onu da əlavə edək ki, bəzi çimərliklər qadağan olunmuş hesab edilsə də, insanların həmin ərazilərə axını davam edir. Məsələn, Ekologiya və Təbii Sərvətlər Nazirliyi mütəmadi olaraq xəbərdarlıq edir ki, Şıx çimərliklərinə təmizlənməyən tullantı suları axıdılır. Məhz bu səbəbdən də sözügedən yerlərdə çimərliklər yararsız hesab olunur. Ancaq çirklənmiş dəniz suyunda çimməyin insan orqanizmi üçün təhlükəli olduğunu dərk etməyən insanlar yenə də tövsiyə olunmayan çimərliklərə üz tutur, bunun səbəbini də hasara alınan çimərliklərin giriş pulunun həddindən artıq baha olduğunu iddia edirlər. Cebhe.info

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...