Şəmkirdə “Safo” ləqəbli oğru saxlanıldı

Şəmkirdə “Safo” ləqəbli oğru saxlanıldı
Aylar öncə törədilən oğurluğun üstü açılıb. Əvvəllər də analoji və digər cinayətlərə görə məhkumluq həyatı yaşayan, sonuncu dəfə isə şərti cəza alaraq azadlığa çıxan şəxs növbəti çirkin əməlini törədib. Şəmkirdə baş verən hadisənin təfərrüatlarını diqqətinizə çatdırırıq.
 
Ötən ilin  noyabrında Şəmkirin Şiştəpə kənd sakinlərinə məxsus 40-dan çox qoyun bir gecədə naməlum şəxs tərəfindən oğurlanıb. Hadisədən səhər saatlarında xəbər tutan zərərçəkənlər dərhal Rayon Polis Şöbəsinə müraciət ediblər. Əməliyyat-axtarış tədbirlərinə başlayan asayiş keşikçiləri qısa zamanda cinayəti həmin kənddə yaşayan 30 yaşlı Səfər Nağıyevin törətdiyini müəyyən ediblər. Şəmkir polisi nəhayət bu ilin fevralında barəsində axtarış elan olunan Nağıyevin yerini müəyyən edərək saxlamağa müvəffəq olub.
 
Mehrab Məmmədov - baş müstəntiq: Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin cinayəti törədən şəxsin əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə bir neçə dəfə məhkum olunmuş məhkumluğu qanunla müəyən edilmiş qaydada ödənilməmiş Şəmkir rayon Şiştəpə kənd  sakini Nağıyev Səfər Novruz oğlunun olması müəyən edilmişdir.
Səfər Nağıyev əməlini etiraf edərək oğurladığı qoyunları Gədəbəydə tanımadığı şəxsə satdığını, əldə etdiyi pulu isə payxtaxtda əyləncəyə xərclədiyini deyib.
 
Səfər Nağıyev - saxlanılan şəxs: "Şəmkir rayonunun Şiştəpə kəndindən Turalın təsərrüfatından 41 baş heyvan çıxartdım. Apardıq Qasımalılar kəndinin başında  Qazel gəldi ona mindirdik. 15-ni 1450 manata satıb Bakıya getdim”.
 
"Safo”  ləqəbli keçmiş məhkum sonuncu dəfə  ötən ilin iyulunda iki illik azadlığın məhdudlaşdırılması cəzası alıb və həmin cəza başa çatmamış yenidən cinayət törədib. Odur ki, ədalət mühakiməsinə təqdim edilən şəxsin cəzasının bu dəfə daha ağır olacağı gözlənilir.arbkəpəz


OXŞAR XƏBƏRLƏR