Şəmkirdə dəhşətli qəza: İki gənc həyatını itirdi

Şəmkirdə dəhşətli qəza: İki gənc həyatını itirdi
Şəmkirdə iki nəfərin ölümü ilə nəticələnən yol nəliyyat qəzası baş verib.

Sfera.az Qafqazinfo-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun "QES yolu” adlanan ərazisində qeydə alınıb.

Hərəkətdə olan "Mercedes” markalı avtomobilin idarəetmədən çıxaraq yolun kənarında maneəyə çırpılması nəticəsində bir nəfər gənc hadisə yerində vəfat edib. Digər bir gənc isə ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı hüquq- mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR