Şəmkirdə azyaşlı qızı dərmanla yuxuya verib təcavüz etdi - \"Molla\", \"Seyid\" rüsvayçılığı... / FOTO

Şəmkirdə azyaşlı qızı dərmanla yuxuya verib təcavüz etdi - \

2015-ci ildə Şəmkir rayonun kəndlərindən birində qurulan toy məclisi uzun illər davam edən böyük bir fırıldaqçılıq, qalmaqallı məsələnin sirlərini açdı.

Metbuat.az xəbər verir ki, evini "ziyarətgaha” çevirən fırıldaqçı mollanın qıza təcavüz etdiyi ortaya çıxıb. Gəlin toy axşamı həyat yoldaşına iki il əvvəl kənd sakini, 49 yaşlı Müsahib Vəliyev tərəfindən zorlandığını etiraf edib. Fırıldaqçı seyid qıza bir stəkan su adı ilə dərman içirərək, ona təcavüz edib.

Toyun səhəri günü şok xəbəri eşidən ailə üzvləri, habelə çoxsaylı kənd sakinləri bu günə kimi kənddə rast gəlinməmiş belə bir rüsvayçı olaya görə ayağa qalxaraq, "molla"nın evini mühasirəyə alıblar. Mənzilin şüşələrini sındırıb, daş-qalaq etsələr də, çölə çıxan olmayıb.

Molla adı altında bu kimi iyrəcliklərin törədilməsi ilə bağlı çoxsaylı faktlar var. Mollalarla yanaşı, dırnaqarası seyidlərin bəziləri də insanların inamından istifadə etməyə çalışır. Xüsusilə də, sonsuz qadınlar son pənah yeri kimi seyidlərin yanına gələrək onlardan şəfa diləyir. Vəziyyətdən istifadə edən seyid ya qadının namusuna göz tikir, ya da ondan külli miqdarda pul qoparır.

Metbuat.az-a açıqlama verən ilahiyyatçı Fuad Pənahlı məsələyə münasibətini bildirib:

"Ərəb dilindən tərcümədə ağa mənasını verən seyid sözü ehtiram əlaməti olaraq işlədilir. Dini termin kimi Həzrət Mühəmməd Peyğəmbərin ulu babası Haşimin nəslindən olanları seyid adlandırırlar. Xalq ənənəsində isə Peyğəmbə­rin nəslindən olanlar seyid sayılır. Bu gün dünyanın müxtəlif ölkələrində yüz milyonlarla seyid yaşayır. İslam dinində seyidlərə ehtiram göstər­mək buyrulur. Lakin ehtiram mənasını verən seyid sözü demək olar ki, bu gün öz mənasını müəyyən dərəcədə itirib. Mollara gəldikdə isə, onlar əvvəllər ağsaqqal kimi hörmət sahibləri sayılırdı. Bəzi dırnaqarası mollalar çalışmalıdır ki, əsl mollaların adına ləkə gətirməsin. Belə molla və seyidlərə qarşı ictimai qınaq işləməlidir”.

 


 


OXŞAR XƏBƏRLƏR

Almaniya millisi baş məşqçi ilə MÜQAVİLƏNİ TƏZƏLƏDİ: "2027-ci ilədək..."

Almaniya millisinin baş məşqçisi Julian Nagelsmann ilə müqavilənin müddəti uzadılıb.   Sfera.az bildirir ki, bu barədə Almaniya Futbol Assosiasiyasın...

“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTO

“McDonald's Azərbaycan” şirkətinin qida sənayesinin ən müasir tələblərinə cavab verən 24-cü restoranı aprelin 19-da Bakı şəhərində açılıb. &n...

İsrail, yoxsa İran? - Hansı ölkənin ordusu daha güclüdür? - ARAŞDIRMA

İsrailin İrana hücumundan sonra ən çox maraq doğuran mövzulardan biri də hər iki ölkənin müdafiə potensialı ilə bağlı olub.   Maraqlıdır, hansı ölkən...

Azərbaycan və Yaponiya arasında turizm əlaqələri MÜZAKİRƏ OLUNDU

Azərbaycan və Yaponiya arasında turizm əlaqələrinin inkişaf etdirilməsi və əməkdaşlıq imkanları müzakirə olunub.   Sfera.az Dövlət Turizm Agentliyinə...

Nəcibə Mustafayeva: “Beynəlxalq ictimaiyyət Ermənistanı Metsamor AES-i bağlamağa məcbur etməlidir” - VİDEO

“Ermənistanın Metsamor atom elektrik stansiyası (AES) bütün region üçün təhlükə yaradır”.   Sfera.az xəbər verir ki, bunu Heydər Əliyev A...

"Ukrayna ilə danışıqlara başlasaq da, döyüşləri dayandırmayacağıq" - Lavrov

“Ukrayna ilə yeni danışıqlar başlasa da, Rusiya döyüşlərdə fasilə elan etməyəcək”.   Sfera.az “TASS”a istinadən xəbər verir k...