Şəmkirdə AĞIR QƏZA: 6 yaralı var

Şəmkirdə AĞIR QƏZA: 6 yaralı var
Şəmkir rayonunda yol qəzası baş verib. 

Hadisə Bakı-Qazax avtomobil yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində baş verib. 
Belə ki, betonqarışdıran yük maşını ilə "Mercedes" markalı minik maşını toqquşub. Nəticədə minik avtomobili dərəyə düşü. 

Hadisədə 6 nəfər yaralanıb və onlar Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Bunlar Zenfira Ənvər qızı Məmmədova (1960), Elvin Kamandar oğlu Daşdəmirov (1978), onun həyat yoldaşı Günay Müslüm qızı Həsənova (1982), Günel Vaqif qızı Muxtarova (1985) və Çinarə Asif qızı Kərimovadır (1997). 

Yaralılardan dördü Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Günay Həsənova isə əməliyyata alınıb. 
Yük maşınının sürücüsünün xəsarəti yüngül olduğundan ona yerindəcə ambulator yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır. /REPORT
 

OXŞAR XƏBƏRLƏR