İqtİsadİyyat

Sementin də qiyməti qalxdı

Sementin də qiyməti qalxdı
Azərbaycanın aparıcı sement istehsalçısı – "Norm” MMC istehsal etdiyi məhsulların qiymətini, təxminən, 12% artırıb.

Sfera.az "Report”a istinadən xəbər verir ki, hazırda şirkətə məxsus 40 kq-lıq 300 marka sementin topdansatış qiyməti 5,8 manatdır ki, bu da əvvəlki qiymətlə müqayisədə 0,6 manat çoxdur.

"Norm” 40 kq-lıq 400 marka sementin topdansatış qiymətini isə 0,7 manat artıraraq 6,6 manata çatdırıb.

Hazırda həmin məhsulların pərakəndə satış qiymətləri müvafiq olaraq 6 manat və 6,8 manatdır. 
AdRiver

XƏBƏR LENTİ

«    Dekabr 2018    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31