Sağlıq
Gündəm

“Semaşko”da nə baş verib? - Nazirlikdən açıqlama

“Semaşko”da nə baş verib? - Nazirlikdən açıqlama
Səhiyyə Nazirliyi dünən gecə 1 saylı Kliniki Tibbi Mərkəzdə elektrik enerjisinin olmaması ilə bağlı yayılan informasiyalara münasibət bildirib.

Sfera.az xəbər verir ki, nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova sosial şəbəkədə bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir:

"1 saylı Kliniki Tibbi Mərkəzdə elektrik enerjisinin paylanmasında hər hansı bir problem olmayıb. Reanimasyalı xəstənin yaxınları kənarda işıqsız ola bilər. Onun narahatlığı da təbii və anlaşılandır. Bir daha qeyd edirik ki, reanimasiyada və avadanlıqların elektrik təchizatında heç bir problem olmayıb.

Kənarda lampa işığının olmaması müəssisə daxilində generatorların yüklənməsinin qarşısını almaq üçün, həmin vaxtda müalicə alan yüzlərlə vətəndaş üçün, həmin saatlarda dünyaya övlad gətirən qadınlar üçün, süni nəfəs aparatına bağlı olan xəstələrin həyatı üçün tətbiq edilib. Şükürlər olsun ki, bu durumdan problemsiz ötüşdük. Əminik ki, sizlər də buna sevinirsiz”.

XƏBƏR LENTİ