Şəlpə qulaqlar artıq əməliyyatsız düzəldilir

Şəlpə qulaqlar artıq əməliyyatsız düzəldilir

İnsanda özünə inamsızlıq yaradan şəlpə qulaq problemi artıq əməliyyatsız üsulla düzəldilə bilir. Bu problemi aradan qaldırmaq üçün tibbi saplardan istifadə olunur.Türkiyəli estetik cərrah Bülənd Cihantimurun sözlərinə görə, insanlar cəmiyyət içində özlərini bu şəkildə rahat hiss etmədikləri üçün həkimə müraciət edirlər.

 O “Şəlpə qulaq problemi genetik problemdir. Bu zaman qulaq qığırdağı düzgün inkişaf etmir və normadan artıq böyüməyə başlayır. Eyni zamanda bu hal hər iki qulaqda bir-birindən fərqli şəkildə müşahidə oluna bilər” – deyə bildirib.Cihantimur bildirib ki, şəlpəqulaqlar tibbi saplarla kiçik estetik müdaxilə ilə düzəldilir. 

Həkim “Bu zaman xəstənin sosial həyatından ayrılmasına gərək qalmır və tez sağalır. Əməliyyat lokal anesteziya altında həyata keçirilir. Bədənə hər hansı bir zərəri olmayan tibbi saplardan qulaq qığırdağının kəlləyə yaxınlaşdırılması üçün istifadə edilir. Saplar xüsusi qeyd olunmuş yerlərə yerləşdirilir.Əməliyyat son dərəcə praktikdir. Kiçik estetik müdaxilə bitdikdən sonra sonra xəstənin başına yalnız saç bantı bağlanılır və yola salınır. Müasir insan həyatı çox aktiv və gərgindir. Artıq insanların estetik əməliyyatlara xüsusi vaxt ayırmalarına imkanları yoxdur. Dərhal sağalmaq və xəstəxanadan çıxmaq istəyirlər. Bu üsulun xəstəyə uyğun olub-olmadığını başa düşmək üçün müayinə olmanız lazımdır. 

Başa taxılan bant, sadəcə, bir neçə gün qulaqları mümkün xarici təsirlərdən qorumaq üçün taxılır” – söyləyib.

Publika.az 


OXŞAR XƏBƏRLƏR

"TikTok"a məhdudiyyət qoyulmalıdırmı? - Azərbaycanda SORĞU

Sosisal Tədqiqatlar Mərkəzi (STM) tərəfindən keçirilən növbəti sorğularda "TikTok" media platformasına məhdudiyyətlərin tətbiqi barədə ictimai mövqe ö...

Elmira Süleymanova VƏFAT ETDİ - YENİLƏNDİ - 2

Azərbaycanın ilk İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova ilə vida mərasimi başa çatıb.   Sfera.az xəbər verir ki, Təzəpir məsci...

Rusiya XİN: "Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik"

Rusiya Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası ilə bağlı bütün səylərini dəstəkləyir.   Sfera.az xəbər verir ki, bunu Rusiya Xarici İşl...

Prezidentlər Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində İŞTİRAK ETDİLƏR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin birgə təməl...

Regionların sosial-iqtisadi inkişafı üçün hansı tədbirlər görülməlidir? - AÇIQLAMA 

Paytaxt Bakının inkişafı yalnız öz hesabına deyil, regionlarımızın da sosial-iqtisadi yüksəlişi ilə əlaqədardır. Azərbaycanda regionların inkişafının təmin...

Prezidentlər Füzuli şəhərinin Baş planı ilə TANIŞ OLDULAR - FOTO - YENİLƏNDİ

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış...