\"Səlim Müslümovun vicdan problemi o dərəcədə kritik həddə çatıb ki...\" - Rafael Cəbrayılov

\
"Səlim Müslümovun korrupsiyaya bulaşması ilə bağlı rəsmi məlumatım yoxdur. Uzun illər prokurorluqda işləmiş bir insanam, ittiham aktı görməmişəm. Prokurorluğun rəsmi bəyanatını görməmişəm. Ölkə başçısı onu vəzifəsindən uzaqlaşdırıbsa, deməli ortada nəsə var. Korrupsiya ilə bağlı konkret cinayət faktlarından xəbərsizəm. Fərq etməz, ya Səlim Müslümov olsun, yaxud da bir başqası. Ölkə başçısı etimad edib dövlət büdcəsindən ayrılan vəsaitə sərəncam vermək hüququnu ona həvalə edibsə, o bu etibardan və vəzifə səlahiyyətlərindən irəli gələn öhdəlikləri layiqincə yerinə yetirməyərək  korrupsiyaya qurşanırsa, qanun qarşısında cavab verməlidir”. 

Bu sözləri Sfera.az-a açıqlamasında Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu komitəsinin üzvi Rafael Cəbrayılov deyib. O bildirib ki, xalqa məxsus olan büdcə vəsaitini mənimsəmək düzgün deyil: 

"Bu büdcə vəsaiti, xalqın puludur. Onu mənimsəmək olmaz. Parlament bu pulu əlillər, sosial müdafiəyə ehtiyacı olan şəxslər, kasıblar üçün ayırıb. Söhbət pensiya, müavinətdən gedir. Bir var ki, yol çəkilməsi üçün ayrılan pulu mənimsəyən, bir də var ki, əhalinin kasıb təbəqəsinin pulunu mənimsəyəsən. Qanunvericiliyə görə, onun bu addımı cinayətdir. Korrupsiyaya qarşı mübarizə ilə bağlı qanununumuz var. Azərbaycanın hüquq siyasətində korrupsiyaya qarşı mübarizə əsas strateji xəttlərdən biridir”. 

R.Cəbrayılov bildirib ki, hər bir cinayətkarın qanunla hüquqi problemi yaranırsa, həm də psixoloji problemi də yaranır: 

"Lakin bir məsələ var. Səlim Müslümovun cəmiyyətin həssas təbəqəsinin əlində olan cüzi pulunu mənimsəməsi ciddi mənəvi problemlərdən xəbər verir. İnternetdən oxudum ki, o hətta ölmüş adamların da adına pensiya yazıb. Düzdür bu məlumat mənim üçün rəsmi məlumat deyil. Rəsmi məlumat müstəntiqin, prokrorluğun məlumatıdır. Müstəntiq işləyən vaxtları mən də belə hadisələrlə rastlaşmışam ki, ölmüş adamların adına pensiya yazılıb. Ona görə də təəccüblənmirəm. Bu cür hallar onu göstərir ki, Səlim Müslümovun vicdan problemi o dərəcə kritik həddə çatıb ki, sonradan dönüb cinayət olub”.

Sfera.az






OXŞAR XƏBƏRLƏR

Gürcüstanda etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edildi: Ölənlər var

Gürcüstanda etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edilib.   Sfera.az xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyi mitinq iştirakçıları...

Fransa Azərbaycandakı səfirini GERİ ÇAĞIRDI

Fransanın Azərbaycandakı səfiri Ann Buayon məsləhətləşmələr üçün geri çağırılıb.   Sfera.az xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirl...

Ceyhun Bayramov Aİ-nin xüsusi nümayəndəsini qəbul etdi

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Terhi Hakalanı qəbul edib.   Bu barədə Musa...

Əfv sərəncamı kimlərə şamil olunacaq? - VİDEO

“Aprel ayının 3-də Prezident Yanında Əfv Məsələləri Komissiyası öz iclasına başladı. İlk iclasda 100-dən artıq müraciətə baxıldı. Müvafiq rəylərin hazırla...

Almaniya prezidenti Türkiyəyə gedir – RƏSMİ

Almaniya prezidenti Frank-Valter Ştaynmayer gələn həftə üçgünlük səfərlə Türkiyəyə gedəcək.   Sfera.az xəbər verir ki, bu barədə məlumatı Almaniya pr...

Sülhməramlılar Azərbaycanı tərk etdi - VİDEO

Qarabağda müvəqqəti yerləşdirilən Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edib.    Sfera.az bu barədə Musavat.com-a istinadən xə...