Səlahiyyətləri yarımçıq qalmış deputatlar – MİLLİ MƏCLİSİN İTKİLƏRİ
15:37 / 16.04.2018
3109
120 saylı Qubadlı-Cəbrayıl DSK-dan deputat seçilmuş deputatı Astan Şahverdiyev aprelin 15-i səhər saat 8 radələrində Qusarda dincəldiyi istirahət mərkəzində dünyasını dəyişib.
1995-ci ildə, Müstəqil Azərbaycanın parlamentinə ilk dəfə keçirilən seçkilərdən bu yana xeyli deputat taleyin hökmü ilə səlahiyyətlərini sonadək icra edə bilməyib.
Sfera.az müstəqillik tariximizdə deputat olaraq dünyasını dəyişmiş şəxsləri xatırladır:
*1992-ci ildən Milli Məclisi sədrinin müavini olmuş, Azərbaycanın tanınmış dövlət və siyasi xadimi Afiyəddin Cəlilov 1994-cü il, sentyabrın 29-da müəmmalı şəkildə qətlə yetirilib.
*Milli Məclisinin birinci çağırışına 48 saylı Ağdam kənd seçki dairəsindən deputat seçilən Sofiq Hüseynov da dünyasını erkən dəyişən millət vəkilləri siyahısındadır. İqtisad elmləri doktoru olan S.Hüseynov prezident Heydər Əliyevin 1995-ci ilin martında imzaladığı fərmanla yaradılmış Azərbaycan Respublikasında Dövlət mülkiyyətinin özəlləşdirilməsi proqramını hazırlamaq üzrə Dövlət Komissiyasının üzvü olub. Deputat 1996-cı ildə xəstəlikdən dünyasını dəyişib.
*Deputat Ziya Bünyadovun da taleyi faciəli olub. Birinci çağırış Milli Məclisin deputatı seçilən Z.Bünyadov seçkilərdən 2 il sonra, 1997-ci ildə öldürülüb.
Parlamentin daha bir üzvü Yusif Vəkilov ( Səmədoğlu) 1998-ci ildə dünyasını dəyişib.
*Səfiyar Musayev 1999-cu ildə dünyasını dəyişib. Tarix elmləri doktoru, professor Səfiyar Musayev Yeni Azərbaycan Partiyasının əsas simalarından olub.
"91-lər”dən biri İbrahim İsayev də millət vəkilliyi dövründə dünyasını dəyişib. YAP üzvü olan İ.İsayev ikinci çağırış Milli Məclisə 2000-ci ildə 88 saylı Tovuz kənd–Gədəbəy seçki dairəsindən majoritar qaydada seçilmişdi.
*Birinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuş Fərəməz Maqsudov 2000-ci ildə dünyasını dəyişib.
8Deputatlıq müddətində həyatdan köçən parlamentarilərdən biri də Samur Novruzov olub. O, Milli Məclisin ikinci çağırışında – 2000-ci ildə deputat seçilmişdi. Samur Novruzov Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü idi.
*Digər YAP-çı deputat Məzdək Hüseynov da YAP siyahısı üzrə ilk parlamentin üzvü olub. 2001-ci ildə dünyasını dəyişib.
*Tanınmış Azərbaycan şairi Cabir Novruzov (Cabir Novruz) 2002-ci ildə dünyasını dəyişib. Cabir Novruz birinci çağırış Milli Məclisə keçirilən seçkilərdə 46 saylı Abşeron seçki dairəsindən deputat seçilmişdi.
*1995-ci ildə ilk dəfə AMİP-dən parlamentə düşən Şadman Hüseyn daha sonra partiyadan ayrılaraq 2003-cü ildə əlavə seçkilər zamanı mandat qazanıb. Lakin qəfil ürəktutmasından vəfat edib.
*Hüquq elmləri doktoru olan Z. Zeynalov Tovuz şəhər seçki dairəsi üzrə deputat seçilmişdi. Deputat 2003-cü idə öz iş otağında ürək tutmasından vəfat edib.
*Milli Məclisinin ikinci çağırışının deputatı professor Şamil Qurbanov 2004-cü ildə dünyasını dəyişib. Deputat mandat müddətini bitirməyə bir il qalmış ürək tutmasından vəfat edib.
*Milli Məclisin üzvü, tanınmış qiraət ustası, xalq artisti Mikayıl Mirzə 2006-cı ildə 59 yaşında vəfat edib.
*Deputat Ramiz Əhmədov parlamentdə Azərbaycan kommunistlərini təmsil edib. Ramiz Əhmədov 2007-ci ildə dünyasını dəyişib.
Məşhur şair, keçmiş millət vəkili Bəxtiyar Vahabzadə 2009-cu ildə dünyasını dəyişib. Görkəmli şair iki dəfə Milli Məclisin ilk iclasına sədrlik edib.
*2006-cı il mayın 13-də 110 saylı Zaqatala seçki dairəsindən deputat seçilən Hikmət Atayev 7 mart 2013-cü il tarixində avtomobil qəzasında həlak olub.
İlqar
Sfera.az