Səlahiyyətləri yarımçıq qalmış deputatlar – MİLLİ MƏCLİSİN İTKİLƏRİ

Səlahiyyətləri yarımçıq qalmış deputatlar – MİLLİ MƏCLİSİN İTKİLƏRİ
120 saylı Qubadlı-Cəbrayıl DSK-dan deputat seçilmuş deputatı Astan Şahverdiyev aprelin 15-i səhər saat 8 radələrində Qusarda dincəldiyi istirahət mərkəzində dünyasını dəyişib.

1995-ci ildə, Müstəqil Azərbaycanın parlamentinə ilk dəfə  keçirilən seçkilərdən bu yana xeyli deputat taleyin hökmü ilə səlahiyyətlərini sonadək icra edə bilməyib. 

Sfera.az müstəqillik tariximizdə deputat olaraq dünyasını dəyişmiş şəxsləri xatırladır:

*1992-ci ildən Milli Məclisi sədrinin müavini olmuş, Azərbaycanın tanınmış dövlət və siyasi xadimi Afiyəddin Cəlilov 1994-cü il, sentyabrın 29-da müəmmalı şəkildə qətlə yetirilib.

*Milli Məclisinin birinci çağırışına 48 saylı Ağdam kənd seçki dairəsindən deputat seçilən Sofiq Hüseynov da dünyasını erkən dəyişən millət vəkilləri siyahısındadır. İqtisad elmləri doktoru olan S.Hüseynov prezident Heydər Əliyevin 1995-ci ilin martında imzaladığı fərmanla yaradılmış Azərbaycan Respublikasında Dövlət mülkiyyətinin özəlləşdirilməsi proqramını hazırlamaq üzrə Dövlət Komissiyasının üzvü olub. Deputat 1996-cı ildə xəstəlikdən dünyasını dəyişib.

*Deputat Ziya Bünyadovun da taleyi faciəli olub. Birinci çağırış Milli Məclisin deputatı seçilən Z.Bünyadov seçkilərdən 2 il sonra, 1997-ci ildə  öldürülüb.
Parlamentin daha bir üzvü Yusif Vəkilov ( Səmədoğlu) 1998-ci ildə dünyasını dəyişib.  

*Səfiyar Musayev 1999-cu ildə dünyasını dəyişib. Tarix elmləri doktoru, professor Səfiyar Musayev Yeni Azərbaycan Partiyasının əsas simalarından olub.
"91-lər”dən biri İbrahim İsayev də millət vəkilliyi dövründə dünyasını dəyişib. YAP üzvü olan İ.İsayev  ikinci çağırış Milli Məclisə 2000-ci ildə 88 saylı Tovuz kənd–Gədəbəy seçki dairəsindən majoritar qaydada seçilmişdi.

*Birinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuş Fərəməz Maqsudov 2000-ci ildə dünyasını dəyişib.

8Deputatlıq müddətində həyatdan köçən parlamentarilərdən biri də Samur Novruzov olub. O,  Milli Məclisin ikinci çağırışında – 2000-ci ildə deputat seçilmişdi. Samur Novruzov Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü idi.

*Digər YAP-çı deputat Məzdək Hüseynov da YAP siyahısı üzrə ilk parlamentin üzvü olub. 2001-ci ildə dünyasını dəyişib.

*Tanınmış Azərbaycan şairi Cabir Novruzov (Cabir Novruz) 2002-ci ildə dünyasını dəyişib. Cabir Novruz birinci çağırış Milli Məclisə keçirilən seçkilərdə 46 saylı Abşeron seçki dairəsindən deputat seçilmişdi.  

*1995-ci ildə ilk dəfə AMİP-dən parlamentə düşən Şadman Hüseyn daha sonra partiyadan ayrılaraq 2003-cü ildə əlavə seçkilər zamanı mandat qazanıb. Lakin qəfil ürəktutmasından vəfat edib.

*Hüquq elmləri doktoru olan Z. Zeynalov Tovuz şəhər seçki dairəsi üzrə deputat seçilmişdi. Deputat 2003-cü idə öz iş otağında ürək tutmasından vəfat edib.
 
*Milli Məclisinin ikinci çağırışının deputatı professor Şamil Qurbanov 2004-cü ildə dünyasını dəyişib. Deputat mandat müddətini bitirməyə bir il qalmış ürək tutmasından vəfat edib.

*Milli Məclisin üzvü, tanınmış qiraət ustası, xalq artisti Mikayıl Mirzə 2006-cı ildə 59 yaşında vəfat edib.

*Deputat Ramiz Əhmədov parlamentdə Azərbaycan kommunistlərini təmsil edib. Ramiz Əhmədov 2007-ci ildə dünyasını dəyişib.

Məşhur şair, keçmiş millət vəkili Bəxtiyar Vahabzadə 2009-cu ildə dünyasını dəyişib. Görkəmli şair iki dəfə Milli Məclisin ilk iclasına sədrlik edib.

*2006-cı il mayın 13-də 110 saylı Zaqatala seçki dairəsindən deputat seçilən Hikmət Atayev 7 mart 2013-cü il tarixində avtomobil qəzasında həlak olub.

İlqar
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Daha bir ölkədə güclü zəlzələ oldu

Kaliforniya körfəzində, Meksika sahilləri yaxınlığında 5,6 bal gücündə zəlzələ baş verib.   Sfera.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Zə...

Aİ Rusiyanın aktivlərindən 3 milyard gəliri Kiyevə köçürmək niyyətindədir

Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen deyib ki, bütün Aİ ölkələri Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin Ukraynaya köçürülməsi ...

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq?

İspaniyanın “Real Madrid” klubunun türkiyəli futbolçusu Arda Güler ​​üçün rəsmi transfer təklifi gəlib.   “Real Madrid”in &ld...

Qüds toz dumanına büründü - FOTO

Qüdsdə və ətraf ərazilərdə qum fırtınası meydana gəlib.   Sfera.az xəbər verir ki, qum fırtınası sosial həyata mənfi təsir edib.   Hə...

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir - VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək.   Sfera.az-ın məlumatına görə, bunu açıqlamasınd...

Dünya bazarında neft nə üçün ucuzlaşır?

Dünyanın ən böyük neft idxalçısı olan Çinin iqtisadiyyatı ilə bağlı qeyri-müəyyənlik, eləcə də ABŞ-də ilkin faiz dərəcələrinin gözləniləndən yüksək səviyyədə da...