Seksual manyak arvadını zorla kişilərə... - Azərbaycanda AİLƏNİN RƏZALƏTİ

Seksual manyak arvadını zorla kişilərə... - Azərbaycanda AİLƏNİN RƏZALƏTİ
"Gün ərzində müraciət edən ailələrin heç biri bir-birinə bənzəmir. Son ucu nifrətə, boşanmaya söykənsə də səbəblər müxtəlifdir. Qarşımda ucaboylu başı bağlı iki azyaşlı övladları ilə ağlayaraq dərdini danışan gənc xanım əyləşib. Yoldaşı tərəfindən zülmlərə məruz qalıb. Ən dəhşətlisi isə kişinin seksual manyak olmasıdır. Evə gəlməmişdən öncə mesaj yazır ki, mən gələndə telefonda kişilərlə mesajlaşarsan, bu sözləri yazarsan, mən onda dincəlirəm (etik olmayan ifadələr olduğundan yazılanları qeyd etmirik). Qadın bunları utana-utana danışır, mesajları mənə göstərir. Dəhşətə gəlirəm. Qadın yazır ki, evə soğan-kartof al. O, isə əvəzində iyrənc mesajlar yazır. Sonra da bildirir ki, əməl etməsə onu çölə atacaq."

Sfera.az
xəbər verir ki, bu sözləri xeberle.com-a açıqlamasında "Qadın təşəbbüsü və sosial problemlərin həllinə yardım” İctimai Birliyinin sədri Zemfira Mustafayeva deyib. Z. Mustafayeva bu kimi hallarla tez-tez rastlaşdıqlarını qeyd edib. Təşkilat sədri bildirib ki, belə vəziyyət ailələrdə boşanmalara gətirib çıxarır:

"Çox vaxt qadınların söylədiklərini onların fantaziyası hesab edirik. Lakin bunları gözlərimlə gördüyümdən, xanımın halına acımaya bilməzdim. Bu ailədə, övladlarının gözü qarşısında nalayiq hərəkətlər edən atanın övladlarının gələcəyi necə olacaq?".

 
Birlik sədri onu da qeyd edib ki, xanımın həyat yoldaşı ilə profilaktik söhbətlər aparılıb:

"O, bütün baş verənlərdə içkini günahlandırdı. İşlə təmin edilməsində köməklik etdik. Artıq içki içmir. Xanımı tikiş sexinə işə düzəltdik. Vaxtaşırı psixoloji yardımlar edirik".

O vurğulayıb ki, sığınacaqda qalan qadınları çox hissəsini Sumqayıtdan olanlar təşkil edir: 

"Problemlərin kökünü tapmaq və həlli istiqamətində iş görmək üçün müvafiq icra strukturları ilə birgə fəaliyyət göstərməliyik."

OXŞAR XƏBƏRLƏR

Türkiyə-Azərbaycan Universiteti ilə bağlı FƏRMAN İMZALANDI

Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu təsdiqlənib.   Sfera.az-ın xəbərinə görə, Prezident İlham Əliyev bunun...

Prezidentin yüksək vəzifə verdiyi Fərhad Adıgözəlov KİMDİR? - DOSYE

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında Sərəncam imzalayı...

Türkiyədə bu sosial şəbəkə ilə bağlı QƏRAR VERİLDİ

Türkiyədə 29 apreldən etibarən “Threads” tətbiqindən istifadə dayandırılacaq.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Rəqabət Qurumu...

Bu il dollar 5 faiz bahalaşıb - STATİSTİKA

ABŞ dollarının məzənnəsi 2024-cü ilin əvvəlindən bəri təxminən 5 faiz yüksəlib.  Sfera.az xəbər verir ki, dolların qlobal məzənnə dəyərini göstərən Do...

İlham Əliyev Aydın İbadovu vəzifəsindən AZAD ETDİ - YENİ TƏYİNAT

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinə yeni sədr təyin edib.   Sfera.az xəbər verir ki, bununla bağ...

"Utancvericidir və bu davranışı sonuncu dəfə qəbul edirəm" -  Maurisio Poçettino

"Çelsi"nin baş məşqçisi Maurisio Poçettino İngiltərə çempionatının 33-cü turunun "Everton"la oyunundan danışıb.   Sfera.az bildi...