Maraqlı

Səkkiz yaşlı uşaq qocalıqdan öldü - FOTO

Səkkiz yaşlı uşaq qocalıqdan öldü - FOTO
 Anna Sakidon səkkiz yaşında olmasına rəğmən qocalıqdan dünyasını dəyişib. Dünyada bu günə qədər sadəcə 350 nəfərdə görünən çox nadir genetik xəstəliyə görə uşaq 80 yaşlı insanın vücuduna sahib idi.

Sfera.az oxu.az-a istinadən xəbər verir ki, Ukraynanın Volınsk vilayət xəstəxanasının həkimi olan Nadejda Katamanın sözlərinə görə, Anna uşaq yaşlarından xəstəxanada qeydiyyatda olub. 

"Anna bir neçə dəfə insult keçirib, o, həmçinin əzalarının tetraparesisindən (hər iki əlin və hər iki ayağın əzələlərinin iflici) əziyyət çəkirdi", - həkim bildirib.

Qeyd edək ki, sürətli qocalma əlamətləri ilə özünü göstərən proqeriya dünyanın ən nadir xəstəliklərindən biridir, onun müalicəsi mümkün deyil.

XƏBƏR LENTİ

«    Mart 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031