Şəkidə canavarlar inəyi parçalayıb - FOTO - VİDEO

Şəkidə canavarlar inəyi parçalayıb - FOTO - VİDEO
Şəkinin Aşağı Göynük kəndində canavarlar kənd sakinlərinin həyətlərinə girərək mal-qaraya hücum ediblər.

"Report"un məlumatına görə, kənd sakini Rövşanə İlyasovaya məxsus həyətə girən canavar inəyi və onun balasını yaralayıb. Yırtıcı ailə üzvlərinin səs-küyündən sonra həyətdən qaçıb.

Canavarlar kənd sakini, Şahin İbrahimovun da təsərrüfatına ziyan vurub. Belə ki, canavarlar ona məxsus inəyi parçalayıb. Ş.İbrahimov inəyi canavarların hücumundan xilas etmək istəyərkən yırtıcılar ona da hücüm edib. Lakin ev sahibi qaçaraq xilas ola bilib.

Sakinlərin sözlərinə görə, bu, canavarların Aşağı Göynük kəndində təsərrüfatlara ilk hücumu deyil. Yırtıcılar əvvəl də kənd sakinlərinin mal-qarasına bir neçə dəfə zərər vurub.

Qeyd edək ki, daha əvvəl Goranboyda da yırtıcılar mal-qaraya hücum edib.



OXŞAR XƏBƏRLƏR