Şəkidə ağac kəsənlərə cinayət işi açıldı

Şəkidə ağac kəsənlərə cinayət işi açıldı
 Şəkidə 28 ağac qanunsuz köküstə kəsilib. Hadisə nəticəsində təbiətə 60 min manat məbləğində ziyanın dəydiyi müəyyən edilib və cinayət işi açılıb.
 
Sfera.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, son vaxtlar paytaxt ərazisində də ətraf mühitin mühafizəsi qaydalarının pozulması halları müşahidə edilir. Şəki rayonunda 28 ağac qanunsuz kəsilib.
 
Hadisə Baş Kəldək bələdiyyəsinin mülkiyyətinə aid, Aşağı Kəldək kəndi ərazisində baş verib. Baş Kəldək Bələdiyyəsinin sədri Natiq Məsimov bildirib ki, ağacların köküstə kəsilməsi ilə bağlı onlara məlumat daxil olan kimi əraziyə baxış keçirilib.
 
Ağacların məhv edilməsi nəticəsində təbiətə 60 min manat məbləğində ziyanın dəyməsinə əsaslı şübhələr müəyyən edilib və cinayət işi açılıb. ETSN-nin Dövlət Ekoloji Təhlükəsizilik xidmətinin rəisi Hikmət Əlizadə əlavə edib ki, son vaxtlar bu cür hallara paytaxt ərazisində də rast gəlinir. Hikmət Əlizadə bir daha xəbərdarlıq edib ki, ağacları qanunsuz olaraq kəsənlər barəsində bundan sonra da sərt tədbirlər görüləcək.(Xəzər Xəbər)
 


OXŞAR XƏBƏRLƏR

Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?

İri ticarət şəbəkələrində yumurtanın qiyməti kəskin azalıb. Əvvəllər 16-17 qəpiyə satılan yumurta bir neçə gündür ki, 10-12 qəpiyə təklif olunur. Görünən odur k...

Süni intellekt həkimlərin işini yüngülləşdirəcək

"Mass General Brigham MESH" inkubatorunun tədqiqatçıları süni intellektə (AI) əsaslanan çatbotların dərmanları izləmək və məhdudlaşdırmaq üçün istifad...

Polis sosial şəbəkələrdə paylaşdığı fotoya görə işdən çıxarıldı

ABŞ-da bir polis məmuru bir fotoşəkilə görə işindən qovulub.    Sfera.az bildirir ki, Maykl Resçke məşhur gənclər sosial şəbəkəsi “Snapcha...

Orban: "Qərbin Ukraynaya qoşun göndərməsinə bir addım qalıb"

Qərbin Ukraynaya qoşun yeritməyə bir addım qalıb. Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. &...

Aİ-dən Qazaxın 4 kəndinin qaytarılmasına - REAKSİYA

“Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında danışıqları və dayanıqlı həlli tam dəstəkləyir”.   Sfera.az xəbər verir ki, bununla bağ...

“Tik-Tok”da baxdığı videodakı dilənçi qardaşı çıxdı - VİDEO

54 yaşlı evsiz Xorxe Pineda sosial media sayəsində 13 ildən sonra bacısı Beatrislə yenidən bir araya gəlib.    Sfera.az bildirir ki, bu heyrətam...