Şəki bazarı 3 günlük bağlanır - VİDEO

Şəki bazarı 3 günlük bağlanır - VİDEO
 Kütləvi yoluxmadan sonra bazarda dezinfeksiya işləri aparılacaq "Şəki şəhərində mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar olaraq, sakinlərin COVID-19 infeksiyasına yoluxması hallarının qarşısının alınması məqsədi ilə mütəmadi olaraq profilaktik tədbirlərin görülməsinə baxmayaraq, Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının əhalisinin də bazarlıq etdiyi "Şəki Bazar” ASC-də alqı-satqı ilə məşğul olan şəxslərin karonavirusa yoluxması ilə əlaqədar aparılan testlər nəticəsində son günlərdə 12 nəfərin qeyd olunan virusa yoluxduğu aşkar edilib.
 
Sfera.az xəbər verir ki, "Şəki Bazar” ASC-də baş verən bu halın risk mənbəyi olduğunu nəzərə alaraq bazarın ərazisində müvafiq sanitar-epidemioloji tədbirlərin görülməsi məqsədi ilə bazar 18 sentyabr 2020-ci il tarixdən etibarən Operativ Qərargah tərəfindən qəbul edilmiş qərara uyğun olaraq 3 gün müddətində karantinə bağlanmiş, yəni bu müddət ərzində bazarın fəaliyyəti bütünlüklə dayandırılıb.
 
Qeyd olunan müddət ərzində müvafiq tədbirlər görüldükdən sonra "Şəki Bazar” ASC fəaliyyətini davam etdirəcək". Qeyd edək ki, "Şəki Bazar” ASC-də virusa yoluxması aşkar olunmuş şəxslərin müalicələri təşkil edilmiş, onlarla yaxın təmasda olanlar isə mövcud qaydalara uyğun olaraq müəyyən edilmiş müddət ərzində evdə təcrid ediliblər.(REAL TV)
 


OXŞAR XƏBƏRLƏR

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Çex Respublikasına rəsmi səfəri çərçivəsində “CEVRO” İnstitutunda "Azərbaycanın xarici siyasət...

Prezident quru sərhədlərin bağlı qalmasının SƏBƏBİNİ AÇIQLADI

“Hazırda quru sərhədlərin müəyyən dövrdə bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük. Əvvəlki vaxtlarda bir çox hallar müşah...

Magistraturaya ikinci qəbul imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq istəyənlər üçün imtahan (ikinci cəhd) keçirəcək. Qəbul imtahanı m...

Tanınmış aparıcının vəkil xanımında yenidən xərçəng aşkarlandı

Yaxın günlərdə aparıcı İlqar Mikayıloğlunun vəkil xanımı Zülfiyyə Bayramovanın xəstəxanadan görüntüləri yayılmışdı.   Sfera.az xəbər verir ki, aparıc...

Silva "Barselona"ya KEÇƏCƏK? - Gələn yay...

"Mançester Siti"nin yarımmüdafiəçisi Bernardo Silva klubdakı müddətinin başa çatdığını hesab edir.   Sfera.az bildirir ki, portuqaliyalı fu...

Azərbaycan ABŞ ilə maliyyə sektorunda əməkdaşlığı möhkəmləndirməyi MÜZAKİRƏ ETDİ

Azərbaycan və ABŞ-nin maliyyə sektorları arasında əməkdaşlığın möhkəmləndirilməsi imkanları müzakirə edilib.   Sfera.az xəbər verir ki, bunu Azərbayc...