Səhrada qurulan cənnət:Qətər haqqımda bilmədiklərimiz-Fotolar

Səhrada qurulan cənnət:Qətər haqqımda bilmədiklərimiz-Fotolar

Dünyada cənnət adlandırlın ölkələr var. Sözsüz dünyanın ən gözəl ölkəsi adını qazanmağa çox namizəd var. Amma səhranın ortasında cənnət yaratmaq çox cətindir. Səhradan yaradılan əsl cənnət Dubaydır. Ancaq bu gün sizə təqdim edəcəyimiz Qətər dövləti Dubaydan heç də geri qalmır.

 

Sfera.az Qətər haqqında bilmədiyiniz ən maraqlı məlumatı sizə təqdim edir.

 

İlk əvvəl onu qeyd edək ki, Qətər ən çox əcnəbi vətəndaşın yaşadığı ölkədir.

 

2 milyon əhalisi olan Qətərdə yerli  əhali 400 min nəfərdir. Qətərdə yerli əhalidən başqa Hindistan, Pakistan, Banqladeş, Filippin, İndoneziya, Mərakeş, Tunis, Misir, İran, İordaniya və Fələstin gələnlər də yaşayır.

 

Bu ölkədə elektrik, su və qaz pulsuzdur.

 

Ölkədə telefon xidməti də pulsuzdur. Bir çox müəssisə vergilərdən azaddır. Ölkədə vergiyə cəlb olunan yeganə sektor otel sektorudır. Qətər təbii qaz ehtiyatlarına görə  dünyanın 3-cü ölkəsidir.

 

18 dekabr Qətərdə müstəqillik günüdür.  

 

Spirtli içkilərin ölkəyə gətirilməsinə icazə var. Spirtli içki satışı yalnız oteldə var.  Spirt içkilərin satışının yalnız oteldə olması səbəbindən bir çox oteldə bar və kafelər var.

 

Ölkədə daxili uçuşu olmayan Doha beynəlxalq havalimanı texnoloji təchizatı, arxitekturası, xidmət keyfiyyəti və təqdim etdiyi imkanlarla Amerika, Afrika, Asiya və Avstraliyanın Orta Şərqlə bağlayır.

Qətər yollarında ən çox Toyota markalı avtomobillər şütüyür.  

 

Qətər  adambaşına düşən gəlirə görə dünyanın ən zəngin ölkələrindən biridir. Qətər Sinqapurdan sonra dünyanın ən təhlükəsiz ölkəsidir.






OXŞAR XƏBƏRLƏR