Səhiyyə Nazirliyinin qarşısında etiraz aksiyası: nazir yerində yoxdur - VİDEO

Səhiyyə Nazirliyinin qarşısında etiraz aksiyası: nazir yerində yoxdur - VİDEO
2 Saylı Uşaq Xəstəxanasında 7 aylıq körpəsi ölən Abdullayevlər ailəsi Səhiyyə Nazirliyinin binası qarşısında aksiya keçirib. 

Sfera.az "Yeni Sabah”a istinadən xəbər verir ki, "Səhiyyə, Oqtay Şirəliyev qatildir” deyən körpənin nənəsi ölkə rəhbərliyinə müraciət edərək bu qətlə yol verən həkimlərin məsuliyyətə cəlb olunmasını tələb edib. 

O, çıxışında xəstəxananın bağırsaq şöbəsinin müdiri, həkim Mətanət Rzayevanın məsuliyyətsizliyi üzündən övladlarının öldüyünü bildirib.

"Bütün xəstəxanalarda pul alırlar, dövlət xəstəxanasıdır, amma pulsuz heç nə etmirlər. Uşağın heç bir problemi yox idi, sadəcə yaxşı yemək yemirdi. Xəstəxanada sistem qoşanda nə ediblərsə, uşağın bütün qanı palataya axıb, ölüb”.

Aksiya zamanı onlar nazirə qarşı kəskin ifadələr işlədib, onun öz vəzifəsinin öhdəsindən gəlmədiyini, insanların həyatını məhv etdiyini qeyd ediblər.  

Aksiya yerinə polis əməkdaşları cəlb olunub.


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...