Səhiyyə Nazirliyinin 9 vəzifəli şəxsi dəyişdirildi - SİYAHI

Səhiyyə Nazirliyinin 9 vəzifəli şəxsi dəyişdirildi - SİYAHI

 

Səhiyyə Nazirliyinin baş mütəxəssislərinin siyahısında dəyişiklik edilib, 9 yeni təyinat olub.


 

Sfera.az ONA-ya istinadən xəbər verir ki, uşaq cərrahı Asim Uluxanovun yerinə K.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutunun uşaq cərrahiyyəsi şöbəsinin müdiri Gündüz Ağayev, baş anestezioloq-reanimatoloq Aydın Qədirovun yerinə Azərbaycan Tibb Universitetinin I daxili xəstəliklər və reanimatologiya kafedrasının dosenti İsmayıl Məhərrəmbəyli, baş kardioloq Faiq Quliyevin yerinə ATU-nun klinik farmakologiya kafedrasının əməkdaşı Yusif Nağıyev, baş ftiziatr Elcan Məmmədbəyovun yerinə 1 nömrəli Vərəm Dispanserinin baş həkimi Yavər Şixəliyev, baş psixiatr Gəray Gəraybəylinin yerinə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Psixatriya kafedrasının müdiri, professor Teymur Qafarov təyin ediliblər.


 

Eyni zamanda baş uroloq Fikrət Qədiməliyevin yerinə M.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının baş həkim müavini Xəqani Hüseynov, baş travmatoloq Vaqif Verdiyevin yerinə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun direktoru İlqar Qasımov, baş dermatoveneroloq Zülfüqar Fərəcovun yerinə ATU-nun Dermatovenerologiya kafedrasının professoru Fərid Mahmudov, baş stomatoloq Kamran Aslanovun yerinə isə ATU-nun Ortopedik stomatologiya kafedrasının müdiri, professor Nazim Pənahov təyin olunublar.


OXŞAR XƏBƏRLƏR

Həyat uğrunda mübarizə aparmaq əvəzinə Evtanaziyanı seçmək

Həyat həmişə xoş sürprizlərdən ibarət olmur. Ağrı, kədər, hətta ölüm də yaşadığımız bu həyatın bir hissəsidir.   Sağlam olduğumuz müddətcə, hər şeyin...

Kürdə batan atanın meyiti tapıldı - Qızının axtarışları davam edir

Aprelin 12-si Kür çayının Ağcabədi rayonu Nəcəfqulubəyli kəndindən keçən hissəsində batan Zərdabın Qoruqbağı kənd sakini Süleymanov Vaqif Tahir oğlunun meyiti t...

Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ

Bu gün saat 03:00 radələrində Sumqayıt şəhəri ərazisində ərlə arvad qətlə yetirilib.   Sfera.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlu...

Suiti öz şəhərinə qayıtmaq üçün 200 km üzüb - VİDEO

Təhlükəsizliyinə görə Kanadada ucqar bir çimərliyə köçürülən 200 kq çəkisi olan suiti doğma şəhərinə qayıtmaq üçün təxminən 200 km üzüb. Bu qədər məsafəni qət e...

Hollivud insanları aldadır: Alimlər narazıdırlar

“Oppenheimer” filmi və onun uğurları, eləcə də elmi nailiyyətləri əks etdirən digər filmlər müasir dövrdə artan tendensiyanın göstəricisidir. Elm, x...

Oğlunun Baliyə getməsinə görə vəzifədən uzaqlaşdırıldı

Permin keçmiş meri İlya Demkinin oğlu Cənubi Amerika və İndoneziyanı gəzib.   Sfera.az bildirir ki, sosial şəbəkələrdə İlyanın dəbdəbəli həyatı və ge...