Səhiyyə Nazirliyindən işdən çıxarılan həkimlə bağlı açıqlama: \"Davam edərsə...\"+ VİDEO

Səhiyyə Nazirliyindən işdən çıxarılan həkimlə bağlı açıqlama: \
 Xəbər verdiyimiz kimi, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunın həkimi, tibb elmləri namizədi Səbinə Məmmədova institutun direktoru Həqiqət Qədirova ilə mübahisə etdiyi üçün işdən çıxarılıb. 

Xatırladaq ki, o, iclasda direktorin bir sıra əməllərinə etiraz edərək, sonda "Siz burada oturub camaata torba tikməklə məşğulsunuz. Mən bu cəfəngiyyata qulaq asan deyiləm..."  deyib. Bu hadisəni əks etdirən video sosial şəbəkələrdə və bir çox saytlarda yayıldıqdan sonra isə, o, işindən azad edilib.

Sfera.az unikal.org-a istinadən xəbər verir ki, məsələyə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova aydınıq gətirib.

O, sayta işdən azad olunan həkimlə bağlı deyib ki, Səbinə Məmmədova yayılan məlum video ilə əlaqəli deyil, aşağıdakı səbəblərdən tutduğu vəzifədən kənarlaşdırılıb:

"Səbinə Məmmədovanın Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun rəhbəri Həqiqət Qədirova ilə bağlı iddaları olub. Sözügedən məsələ ilə bağlı araşdırma aparılıb. Məlum olub ki, iddiaları əsassızdır və sözügedən video ilə heç bir bağlılığı yoxdur. Onun işdən uzaqlaşdırılmasının əsas səbəbi isə iş yerini özbaşına tərk etmə, işdən icazəsiz qalma və ən əsası, rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında icra etməməsi olub”.

Liya Bayramova onu da deyib ki, Səbinə Məmmədova İnstitututa qarşı bu cür yalan informasiyaları mətbuata ötürməkdə davam edərsə, o, Səhiyyə Nazirliyinin "Qara siyahısı”na salınacaq.

Səbinə Məmmədova isə Səhiyyə Nazirliyinin bu açıqlama ilə konkret tərəf tutduğunu iddia edib:"Məndə bütün sübutlar var və işdən azad olunmağımla bağlı müraciət etmişəm. Bütün barəmdə deyilənlər şər-böhtandır. Məhkəmədə kimin haqlı-haqsız olduğu bilinəcək”.

 


OXŞAR XƏBƏRLƏR

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

Sabah Azərbaycanda havanın temperaturu gecə 12-17° isti, gündüz 25-30° isti, dağlarda gecə 7-12° isti, gündüz 13-18° isti olacaq.   B...

Azərbaycan neftinin qiyməti 89 dollara ÇATDI

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,31 ABŞ dolları, yaxud 0,4 % artaraq 88,82&nbs...

Bakıda dəhşətli QƏTL - Sevgilisini öldürdü, sonra... - TƏFƏRRÜAT

Aprelin 20-də saat 6 radələrində Xətai rayonu ərazisində 2002-ci il təvəllüdlü Elnarə Cabbarovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. ...

Azərbaycan IEA ilə COP29 çərçivəsində əməkdaşlığı müzakirə etdi - YENİLƏNİB

Azərbaycan Beynəlxalq Enerji Agentliyi (IEA) ilə COP29-un gündəliyindəki prioritetləri, o cümlədən yeni qlobal kollektiv maliyyə kəmiyyətlərinin qəbulu və Milli...

"Barselona"nın futbolçusu PSJ ilə oyundan sonra TƏHDİD OLUNDU

"Barselona" klubunun futbolçusu Joau Kanselu İspaniyada PSJ-yə 1:4 hesabı ilə uduzduqları Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunundan ...

Yeni kurikulumlar tədris prosesində nələri dəyişəcək? - ARTİ-nin şöbə müdiri ilə MÜSAHİBƏ

“Kurikulum sənədi müəllimlərin həvəslə istifadə edəcəkləri, faydalanacaqları resursa çevriləcək”   Sfera.az xəbər verir ki, bunu&nbs...