Səhiyyə Nazirliyi uşaqları peyvəndlərə cəlb edir

Səhiyyə Nazirliyi uşaqları peyvəndlərə cəlb edir
Aprelin 25-30-da respublikanın bütün şəhər və rayonlarında "İmmunlaşdırma həftəsi” keçiriləcək.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, səhiyyə naziri Oqtay Şirəliyevin "Respublikada İmmunlaşdırma həftəsi”nin keçirilməsi barədə imzaladığı əmrə əsasən, bu müddətdə hər hansı səbəblərə görə immunlaşdırmadan kənarda qalan uşaqlar peyvəndlərə cəlb olunacaqlar.
Əmrdə respublikanın tibb idarə və müəssisələrinin rəhbərlərinə hər hansı səbəblərə görə immunlaşdırmadan kənarda qalan uşaqların "İmmunlaşdırma həftəsi” ərzində peyvəndlərə cəlb olunmasının təminatı tapşırılır. 
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə 2006-cı ildən başlayaraq Avropa regionunda "İmmunlaşdırma həftəsi” keçirilir və Azərbaycan Səhiyyə Nazirliyi 2007-ci ildən bu tədbirə qoşulur.

OXŞAR XƏBƏRLƏR