Səhiyyə Nazirliyi: \"Küçəyə atılan körpənin durumu ağırdır\"
14:10 / 18.10.2019
1735
Səhiyyə Nazirliyi Lökbatan qəsəbəsi ərazisində küçəyə atılmış körpə ilə bağlı məlumat yayıb.
Nazirlikdən Sfera.az-a verilən məlumata görə, 1 günlük oğlan uşağı hipotermik vəziyyətdə (34 dərəcə istiliklə) Pediatriya İnstitutuna gətirilib.
Qeyd olunub ki, uşağın vəziyyəti ağır olub, qanı təmizlənib və bütün tibbi yardımlar göstərilib: "Hazırda vəziyyəti ağır kimi qiymətləndirilir. Hadisə barədə hüquq-mühafizə orqanları məlumatlandırılıb”.