Şəhidin qəbrini sökən şəxs tutuldu - Video

Şəhidin qəbrini sökən şəxs tutuldu - Video

Xaçmaz rayonu Qaraqurtdu kənd qəbiristanlığındakı məzarların bəzək-naxışlarını oğurlayıb. 

 

 

Sfera.az  xəbər verir ki, bəzəkləri oğurlanan məzarlardan biri də 1993-cü ildə Murovdağdakı məşhur Ömər aşırımının azad edilməsi zamanı şəhid olmuş Səlimov Arif Sərkar oğluna aiddir.

Xaçmaz rayon Polis Şöbəsi tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində, olayı törədən şəxsin kimliyi müəyyənləşdirilib.

Polis əməkdaşları Xaçmaz şəhər sakini Qurbanov İmranı saxlayarkən, onun bu əməli narkotik almaq üçün pul əldə etmək məqsədi ilə törətdiyi məlum olub.

Qeyd edək ki, məzarlardan qiymətli metal hissəciklərini satmaq məqsədi ilə oğurlayan Qurbanov İmran saxlanılarkən üzərindən narkotik vasitə olan heroin aşkar edilib.

Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsində araşdırma aparılır. (yeni sabah)


OXŞAR XƏBƏRLƏR

Britaniya naziri Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı ALQIŞLADI

Böyük Britaniyanın Avropa məsələləri üzrə dövlət naziri Nusrat Qani Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayaraq bunu irəli mühüm add...

Qırğızıstanla Azərbaycan arasında ticari-iqtisadi sahədə sənədlər İMZALANACAQ

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana aprelin 24-25-də baş tutacaq dövlət səfəri çərçivəsində ticari-iqtisadi, mədəni-humanitar sahələrdə əməkdaşlı...

Bakıda kafedən pul oğurlayan şəxs SAXLANILDI

Bakıda kafelərin birindən 5 400 manat pul oğurlanıb.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.   Qeyd olunub ki, ...

Azərbaycanda ZƏLZƏLƏ OLDU

Gəncə stansiyasından 17 km şərqdə, Goranboy rayonunda zəlzələ olub. Sfera.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkə...

Bu məhsulları yesəniz dişlərinizi kariyesdən qoruyacaqsız

Pendir və digər süd məhsullarını çeynəyərkən, onlar tüpürcək istehsalını stimullaşdırır, bu da öz növbəsində dişlərdəki turşunu zərərsizləşdirə və çürüklərin qa...

Rusiyalı qadın 12 barmağı olan üçüncü uşağını dünyaya gətirdi

Rusiyada Ufa şəhərindəki Perinatal Mərkəzin həkimləri qeyri-adi irsiyyətli bir xəstə uşağın doğumunda iştirak ediblər. Sfera.az xəbər verir ki, bu barədə t...