Şəhidimizin medalı ailəsinə verildi

Şəhidimizin medalı ailəsinə verildi

Bu ilin iyun ayında Ermənistan silahlı qüvvələri bölmələrinin törətdiyi təxribatın qarşısı alınarkən şəhid olmuş Şahvələdov Sultan Niyaz oğlunun təltif edildiyi Azərbaycan Respublikasının "Şücaətə görə” medalı ailəsinə təqdim olunub.

Müdafiə Nazirliyindən Sfera.az-a verilən məlumata görə, Qusar rayonunda keçirilən mərasimdə çıxış edən Müdafiə Nazirliyinin nümayəndəsi polkovnik-leytenant Əfqan Əliyev Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətdən, ordu quruculuğu prosesindən, aprel döyüşlərində əldə edilən qələbədən danışıb.

Vətənin müdafiəsində hərbi borcunu yerinə yetirərkən fədakarlıq və şücaət göstərdiyinə görə şəhid Sultan Şahvələdovun "Şücaətə görə” medalı ilə təltif olunması barədə Müdafiə nazirinin əmri mərasim iştirakçılarına çatdırılıb. Medal şəhidin atası Niyaz Şahvələdova təqdim edilib.

Polkovnik-leytenant Loğman Xanlarov çıxışında S.Şahvələdovun yaşadığı qısa lakin şərəfli ömür yolunun Azərbaycan gənclərinə örnək olduğunu qeyd edib.

Çıxışlarda vurğulanıb ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən Sultan kimi igidlərin fədakarlığı, vətənpərvərliyi torpaqlarımızın tezliklə işğaldan azad olunacağını deməyə əsas verir.

Oğlu ilə qürur duyduğunu deyən şəhidin atası Niyaz Şahvələdov övladının vətənpərvərliyindən və mərdliyindən danışıb, şəhidlərimizin xatirəsinə göstərilən ehtirama, onların ailələrinə yüksək diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə təşəkkürünü bildirib.

Sonda şəhidin ruhuna ehsan verilib.

 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Roza Zərgərli bu akademiyada dərs deməyə BAŞLADI - VİDEO

Məşhur müğənni Roza Zərgərli pedaqoji fəaliyyətə başlayıb.   Sfera.az xəbər verir ki, o, bu barədə ATV-də yayımlanan verilişlərdən birində deyib. ...

Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi KEÇİRİLİR

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan-Qırğızıstan sənə...

Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının ikinci iclası KEÇİRİLDİ - YENİLƏNDİ - FOTO

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan və Qırğızıstan D...

"WhatsApp"dan hamını sevindirəcək YENİLİK: Artıq internet olmadan... + FOTO

“WhatsApp” internet olmadan istifadə edilə biləcək.   Sfera.az “WABetaInfo”ya istinadən xəbər verir ki, istifadəçilər interne...

Məhkəmə Ələsgər Məmmədli barədə qərar QƏBUL ETDİ

Bakı şəhərinin Xətai Rayon Məhkəməsində “Toplum TV” işi üzrə həbs edilən Ələsgər Məmmədli barədə qərar qəbul olunub.   Sfera.az xəbər ver...

Azərbaycan - Rusiya əməkdaşlığı üçüncü tərəfə qarşı yönəlməyib - Millət vəkili yazır…

Bir neçə gün öncə Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya işgüzar səfəri bir çox ölkələrin, o cümlədən Ermənistanın mediasında geniş şərh olundu. Əslində ...