Şəhidimizin medalı 40 mərasimində ailəsinə təqdim olundu - FOTO

Şəhidimizin medalı 40 mərasimində ailəsinə təqdim olundu - FOTO

Azərbaycan ordusunun şəhid olan əsgəri Teymur Sabir oğlu Qasımov ölümündən sonra "Hərbi xidmətdə fəqrlənməyə" görə 3-cü dərəcəli medala layiq görülüb. 

Sfera.az EL TV-yə (Region TV) istinadən xəbər verir ki, şəhidin ölümünün 40-cı günü münasibətilə təşkil olunan mərasimdə Mingəçevir şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Bildirilib ki, torpaqlarımız tezliklə işğaldan azad olunduqdan sonra şəhidlərimizin ruhları dinclik tapacaq. Mərasimdə şəhidin döyüş yoldaşları onun fədakarlığından danışıblar. Daha sonra şəhid Teymur Qasımovun təltif olunduğu medal onun atasına təqdim edilib. 

Bildirək ki, 1992 ci il təvəllüdlü şəhid Teymur Qasımov Talış yüksəkliyi uğrunda gedən döyüşdə qəhrəmancasına həlak olub. O, Mingəçevir Şəhidlər Xiyabanında dəfn olunub.


OXŞAR XƏBƏRLƏR

Tokayev Qazaxıstanda elektron siqareti qadağan etdi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev səhiyyə məsələləri ilə bağlı qanunvericilikdə veyplərin (elektron siqaretlərin) idxalı, istehsalı, satışı və reklam o...

Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırdı

Dünyanın ən böyük nəqliyyat mərkəzlərindən biri olan Dubay Beynəlxalq Hava Limanı aprelin 19-u saat 12:00-dan etibarən təyyarələrin qəbulunu 48 saatlıq məhdudla...

Bakı metrosunda yaşlı kişi stansiya yoluna düşdü

Bakı Metropoliteninin "Nərimanov" stansiyasında 65-70 yaşlarında kişi sərnişin ehtiyatsızlıq etdiyindən stansiya yoluna düşüb.   Bu barədə ...

Bu dəfə ən yüksək nəticəni onlar göstərdi - SİYAHI

Xəbər verdiyimiz kimi, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.  ...

Kim Çen Inn Putinin hədiyyəsi ilə görüntüləndi - FOTO

Şimali Koreya lideri Kim Çen In fevral ayında Rusiya prezidenti Vladimir Putinin ona hədiyyə etdiyi "Aurus" avtomobilini idarə edərkən görüntülənib. ...

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO

Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyi və ölkəmizin İtaliyadakı Səfirliyinin dəstəyi ilə aprelin 19-da 60-cı Venesiya Biennalesi...