Şəhid övladının ad günündə gözlənilməz hədiyyə – VİDEO

Şəhid övladının ad günündə gözlənilməz hədiyyə – VİDEO
Bakıda restoranların birində övladına ad günü keçirən ana hesabı vermək istəyəndə,ondan pul götürməyiblər. Aprel şəhidimiz Seymur Baxışovun həyat yoldaşıAynur Baxışova övladı aminin 8 yaşını qeyd etmək üçün restoran danışıb. Qiymət razılaşıb vəad günü mərasimi baş tutub. Ödəniş etmək istədikdə isə "bu bizim borcumuzdur,sizin övladınızın şad gününü təşkil etmək bizim üçün fəxrdir " cavabını alıb.

 

Restoran sahibi müştərisinin şəhid ailəsi olduğunu biləndə hesabı götürməkdən imtina edib.

 

Bakıdakı restoranların biri aprel şəhidi Seymur Baxışovun ailəsinə maraqlı jest edib.Şəhidin övladı Aminin 8 yaşını qeyd etmək üçün anası restoranların birində yer rezerv edib.Lakin Aminin atasının aprel döyüşlərində şəhid olduğu barədə heçnə deməyib.Restoranda işçilərdən biri uşağı tanıdıqdan sonra isəsahibinə məlumat verib.

 

Aynur Baxışova deyir ki,restorana ödəniş üçün israr etsə də,razılaşmayıblar.Üstəlik Amin üçün sifarişdə olmayan əlavə xidmətlər dətəşkil ediblər.

 

Amin isə deyir ki,bu ad günü onun üçün unudlmayan bir gün olub.O da böyüyəndə atası kimi hərbiçi olmaq istəyir.

 

Aynur Baxışova deyir ki,ad günündən sonra restorandan zəng edib bildiriblər ki,bundan sonra da onların xeyir işlərini sevə sevə təşkil edə bilərlər.Məsələylə bağlı restoranla əlaqə saxlasaq da ,bunu reklam üçün etmədiklərini və çəkilişə razı olmadıqlarını bildirdilər.


OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...