\"Şəhid verdiyimiz dönəmdə bunu \"dəyanətlə\" xalqımıza \"soxuşdurmaq\" niyyətindəsiniz\" - Faiq Ağayev

\
Azərbaycanın xalq artisti Faiq Ağayev dünən baş tutan "Eurovision" mahnı müsabiqəsi haqqında ətraflı fikirlərini qeyd edib. Xalq artistinin sizə təqdim etdiyimiz çıxışı böyük coşqu ilə qarşılanıb. Əksəriyyətinin ürəyindən xəbər verən F. Ağayevin çıxışını BiG.AZ təqdim edir: 

"Haralı sözünü getirmə dilə.
O ləkə deyilmi bütöv bir elə?
Xalqımın birliyin siz bilə-bilə,
Onu yüz parçalayıb, min ayırmayın!" (Şəhriyar)

Nədən bu əvəzsiz misralar yadıma düşdü? Onu böyük Ustad biz - Azərbaycanlılara ünvanlamışdı. Ta, deməmişdi ki, bunu özümüzlə digər milliyətlər arasında ümumbəşər anlamda istifadə edək. Qonşu bizi talayır, əsrlər boyu nəslimizi-kökümüzü baltalayır, bizə aid hər nə varsa, həyasızcasına özünkü elan edir, ən çirkin əməllərlə, şər-böhtanla, cinayətlə, SOYQIRIMLA axırımıza çıxmaq istəyir. 1.000.000 didərgin, 100 minlərlə qurban...

Həmişə demişəm ki, millətçilik və millətpərəstlik vətənpərvərlik arasında bir ümman fərq var. Birisinin sonu - uçurum və məhv, digərin isə - rifah, təkəmmül və tərəqqidir.
Kimə dəyirsən? Ağzını açıb, xalqının mənafelərini müdafiəyə etməyə çıxan kimi "N" qədər yeni "format" azərbaycanlı (əksəriyyəti də ya xaricə pənah aparanlar, ya da ki, elə xarici dildə təhsil alanlardır) şüvən qaldırıb, adamı ksenofobiya, nasıizm, faşizm və digər bu kimi ağılasığmaz yarlıqlarla "nişanlardırmağa" başlayır, yürüş-hücuma keçir.

Nə demişəm?

1) Damarında erməni qanı olan əvvəl-axır, çox böyük ehtimalla, "daşnak"lığını sərgiləyəcək.
2) Bir-birinizi əcnəbiyə görə qırmayın. Öncə, kor münaqişənizə səbəb olan haqda məlumatlanın yetərincə.

Gəlin, təhlil edək.

- Ana südü ilə türkə, azərbaycanlıya vəhşi nifrət ilə bəslənənin, anti-qonşu informasiya təbliğatı ilə böyüyəyin bu həyatda başqa bir perspektivi varmı? Tək-tük öz ağlı ilə dünyaya qiymət verənlər göstəricidirmi? Hamıya bəllidir - istisna ümumi qaydanı təsdiqləyir yalnız.

- "Ana vətənim - ermənistandır, güclə köçürülmüş 5 yaşlı babama görə isə - yurdum Qarabağdır" deyən, sırf konyunktura naminə Krım tatarlarının sürgünü haqda Avtopanı "məlumatlandıraraq", öz dili ilə desək: "DUDUK'dan ilhamlanıb", guya "muğam ifa" edən Susana, bir anladın, mən - Azərbaycanlıya - nəyə görə "gülmə-şəkər" olmalıdır ki?

Rəşid Behbudov, Vaqif Mustafazadənin adını dilinə gətirib deyə, Aram Xaçaturyan, Arno Babacanyan, Komitasın isimlərini bəh-bəhlə önə çəkən birisinə alqışmı səsləndirməliyəm mən? Doğma bacısı türkə ərə gedib deyə, türk bayrağı altında çıxış edən, amma yerevana səfəri vaxtı ermənistanın büs-bütün "haqq yolunda" olduğunu qürurla deyənə göz yummalıyammı?

Nə mütləqiyyətdir ki bu belə - yalnız siz deyəni millət acı "dərman" kimi qəbul etməlidir? Niyə bunları xalqın boynuna qoymaq istəyirsiz? Məqsədiniz nədir, cənab və cənabələr?

Azərbaycan-ermənistan, Dağlıq Qarabağ münaqişəsini aradan götürmək üçün neçə illərdir uğursuz vasitəçilik edənlərin tələb-təklifləri arasında beləsi də var: 2 dövlət arasında "xalq diplomatiyası" yaradılmalı, qarşılıqlı "etimad-inam carçıları" önə çəkilməlidir.
"Lay-lay, bala, lay-lay!!!" - budur o prinsipin əsl adı. Məhz belə, nida işarələri ilə. Əmr şəklində! Ki, səsimizi çıxara bilməyək.

Açıq danışaq.

Ən kəskin, barışmaz radikallarımız belə etiraf edər ki, Qarabağ problemi ƏDALƏTLİ şərtlər (torpaqlarımız TAM azad olunmalı, Azərbaycanın ərazi bütövlüyü TAM təmin edilməli) ilə həll olunduqdan sonra, heç bir milliyətcə erməni olan Azərbaycan vətəndaşına bu məmləkətdə əngəl, maneə, təhlükə olmayacaq! Gəlib, təşrif buyursunlar bu Vətənə. Millət olaraq zülmkar, vəhşi, cəllad deyilik çünki!
Bax onda, mən də cəmiyyətimizə barışıq, sevgi-məhəbbətlə birgə yaşayış çağırışları ilə xitab edərəm.

Fərqimiz isə odur ki, siz, əl-ayağa düşüb, bunu İNDİDƏN (!!!) - yaralarımız qan sızan vaxtda, onlarca şəhid verdiyimiz, Vətənimiz işğal, milli ləyaqət-namusumuz zorlanan dönəmdə "dəyanətlə" xalqımıza "soxuşdurmaq" niyyətindəsiniz.

P.S
Separatizmdən dərd çəkən Ukrayna dövlətini "Eurovision 2016" mahnı müsabiqəsində Krım-tatar millətinin sürgün olunmasından bəhs edən, müəllifləri
Susana Camaladdinova/Art Antonyan/Armen Kostandyan/Yevgeniy Filatov olan
"1944" mahnısı ilə qələbə qazanması münasibəti ilə təbrik edirəm.



OXŞAR XƏBƏRLƏR

Bu bitki xərçəngin müalicəsində FAYDALIDIR - Həkimdən AÇIQLAMA

Əsrlər boyu xalq təbabətində istifadə edilən zəncirotu bitkisi 25 xəstəliyi müalicə edir.   Sfera.az xəbər verir ki, bu bitkinin yarpaqları, kökü və...

Azərbaycanda elektron siqaretlər qadağan olunacaq? – Deputat MM-də məsələ qaldırdı

“Bir növ siqaretçəkmə üsulu var ki, dünyanın bir çox ölkələrində getdikcə qadağan edilir. Bu Azərbaycanda da geniş yayılmış siqaretçəkmə formasıdır. Bunla...

“McDonald’s Azərbaycan” və DSMF qazi övladları üçün seminar təşkil ediblər - FOTO - VİDEO

“McDonald’s Azərbaycan” şirkətinin və Dövlət Sosial Müdafiə Fondunun birgə təşkilatçılığı ilə qazi övladları üçün 23 aprel Ümumdünya Kitab Gün...

“Bir çox ölkələrdə təbii adalar belə satışa çıxarılır” – Həsənquliyevdən Tahir Mirkişiliyə ETİRAZ

“Tahir Mirkişili mənə uğursuz cavab verməyə cəhd etdi”.    Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Qü...

“Antimilli ünsürlər Azərbaycan-Türkiyə əlaqələrinə zərbə vurmağa çalışırlar” – Sahib Alıyev

“Antimilli ünsürlər son zamanlar yenə də haylarla çiyin-çiyinə verərək Azərbaycan-Türkiyə əlaqələrinə zərbə vurmağa çalışırlar”.    ...

DTX nümayəndələrinin maaşı ilə bağlı QƏRAR

Dövlət Təhlükəsizliyi Xidmətinin xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinin əldə etdiyi gəlirlər məcburi dövlət sosial sığorta haqqı və gəl...