Şəhid polisin yoldaşının qolundakı yazı hamını təəccübləndirdi – FOTO
14:45 / 26.05.2017
1380
Türkiyənin Şırnak vilayətində PKK terrorçularına qarşı əməliyyatlarda şəhid olmuş polis əməkdaşı Məsud Yılmazın cənazəsi məmləkəti Samsuna gətirilib.
Sfera.az Avropa.info-a istinadən xəbər verir ki, Yılmazla Şırnakda birlikdə xidmət edən və cənazədə iştirak edən yoldaşlarından birinin qolunda Qurandan bir ayənin ərəbcəsinin və türkcə tərcüməsinin olması hamının diqqətini çəkib.
Hərbçinin qoluna bağladığı parçanın üzərində Ənfal surəsindəki "Onları siz öldürmədiniz, Allah öldürdü” ayəsi yazılı olub.
Xatırladaq ki, dünən Şırnakın Beytüşşəbab rayonunda, Kato dağı bölgəsində PKK terrorçuları ilə polis arasında şiddətli qarşıdurmalar yaşanıb.
Qarşıdurma zamanı Məsud Yılmaz adlı polis aldığı güllə yarası ilə şəhid olub.
Sfera.az