Şəhid polis Günelə necə kömək etmişdi?

Şəhid polis Günelə necə kömək etmişdi?

İzmir ədliyyəsi qarşısında yanvarın 4-də törədilən xain hücumda canı bahasına insanların həyatını xilas edən qəhrəman polis Fethi Sekin böyük bir faciə baş verməsinin qarşısını alıb. Sfera.az modern.az-a istinadən bildirir ki, şəhid yol polisi Fethi Sekinin ədliyyə önündəki regionda xidmətdə olduğu və terrorçuları fərq edincə avtomobilini dayandırdığı, terrorçuların maşınlarından enərək qaçmaq istədiyi zaman silahını çəkərək xainlərdən birini orada öldürdüyü, sonra isə şəhid olduğu öyrənilib. 

Hurriyet.com.tr.nin sosial media hesabında şəhid polislə təxminən 2 ay əvvəl yaşadığı xatirəni danışan və "Şəhid qardaşımızın ruhu şad olsun" deyən tərcüməçi Günel Tahirli Cansunun dedikləri isə hər kəsi təsirləndirib. Məhz şəhid polis Sekin və "Azərbaycan qızı, Türk gəliniyəm",- deyən Cansunun yazdıqları.
 
 Şəhid polislə bağlı ağladan paylaşım
 
Hurriyet.com.tr-in "Facebook" səhifəsində bir "Hürriyyət" qəzeti oxucusunun paylaşdığı fikirlər hər kəsi təsirləndirib. Şərhin sahibi İzmirdə yaşayan Günel Tahirli Cansudur. Cansu noyabrın 3-də şəhid polisi Fethi Sekin ilə yaşadığı dialoqu yazıb. Rus dilini bildiyi üçün ədliyyədə zaman-zaman bələdçilik və tərcüməçilik etdiyini bildirən, "Azərbaycan qızı, Türk gəliniyəm. Şəhid qardaşımızın ruhu şad olsun",-deyən Günel Tahirli Cansunun fikirləri belədir:
 
"Qardaş, evdə uşaq qoyub gəldim"
 
Tərcüməçilik etdiyim üçün tez-tez gedirəm İzmir ədliyyəsinə. Bir müddət əvvəl bir məhkəmə iclasına qatılmalı idim. Məhkəmədə iclas saatına az qalırdı, avtomobili park etmək üçün yer tapmadım. Rəsmi avtomobillərin olduğu yerə doğru yaxınlaşdım. Bir polis maşını və yanında bir polis məmuru dayanmışdı, məhkəmə iclasına gecikirdim. Şüşəni açdım və polis məmuruna dedim: "Abi mən tərcüməçiyəm, heç yerdə yer tapmadım avtomobili park etmək üçün, evdə uşaq qoyub gəldim, təcili iclasa qatılıb evə qayıtmağım lazımdır, mənə yardımçı ola bilərsinizmi?
 
Polis məmuru polis arabasını çəkib və "Bacım, bura park elə" dedi. "Yaxşı", - dedim, "Abi ən çoxu 1 saata qalmaz, hə", - dedim. Getdim, məhkəmə iclası bitdi, çıxışda polis qardaşa yaxınlaşıb təşəkkür etdim, mənə dedi ki, "Bacım, avtomobilin şüşəsində kağız var, onu özün götürərsən".

Avtomobilə yaxınlaşdım, kağızı əlimə alıb geriyə ona doğru getdim, "Qardaş", - dedim "Cəza olmasın, bu". "Yox" - dedi. "Cəza yazmasınlar deyə qoydum. Cəza gələrsə, bacım mən həmişə buradayam, narahat olmayın".
 
"Bəli, şəhid olan həmin polisdir"
 
Avtomobilə yaxınlaşıb kağızı maşına qoydum. Axşam Taner gəlincə danışdım. Bu gün partlayışda bir yol polisinin şəhid olduğunu eşitdim, bir anda ağlıma o polis qardaş gəldi nədənsə, sonra "yox" dedim öz-özümə. Sosial mediada şəklini görəndə Taneri aradım, kağız avtomobildə qalmışdı çünki. Bir neçə dəqiqə sonra Taner mənə kağızın şəklini göndərərək "Bəli, o şəhid olan Fethi Sekin ", - dedi.
 
Eynilə Günel Tahirli Cansunun dediyi kimi: "Yaxşılıqlar heç bir zaman unudulmur, Türk xalqının qüruru. Allah rəhmət eləsin sənə qardaş".


OXŞAR XƏBƏRLƏR

Qırğızıstan tərəfindən Ağdamda məktəb binası İNŞA EDİLƏCƏK

Qırğızıstan tərəfindən Ağdamda məktəb binası inşa ediləcək.   Sfera.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Qırğızıstan Prezidenti Sadır ...

Hansı qida məhsullarını daha çox istehlak edirik? - STATİSTİKA

Azərbaycan əhalisinin ötən il ərzində qida məhsullarının istehlakına dair statistikası açıqlanıb.  Sfera.az Dövlət Statistika Komitəsinə istinadən xəb...

Prezidentlər mətbuata bəyanatlarla çıxış ETDİLƏR - VİDEO - YENİLƏNDİ

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər. &nbs...

İlham Əliyev: "Biz ənənəvi tərəfdaşlarımızla, qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk"

Azərbaycanı və Mərkəzi Asiyanı əsrlər boyu əməkdaşlıq və dostluq münasibətləri birləşdirir.   Sfera.az xəbər verir ki, bunu Azərbaycan Respublikasını...

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı - YENİLƏNDİ

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan-Qırğızıstan sənə...

Roza Zərgərli bu akademiyada dərs deməyə BAŞLADI - VİDEO

Məşhur müğənni Roza Zərgərli pedaqoji fəaliyyətə başlayıb.   Sfera.az xəbər verir ki, o, bu barədə ATV-də yayımlanan verilişlərdən birində deyib. ...