Şəhid mayorumuz dəfn edildi

Şəhid mayorumuz dəfn edildi

Aprelin 2-nə keçən gecə Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli "Lələ təpə" yüksəkliyinin azad olunması zamanı şəhid olan Azərbaycan Ordusunun mayoru Elnur Əliyev bir az əvvəl Füzuli rayonunda dəfn olunub. 

Sfera.az azadinform-a istinadən xəbər verir ki, dəfn mərasimində Müdafiə Nazirliyinin rəsmisi Abdulla Qurbani,  "N" saylı Hərbi Hissənin əsgərləri, İcra Hakimiyyətinin nümayəndələri və rayon ictimaiyyəti iştirak edib.
Şəhid zabit evli olub, iki oğlu var.  
Allah rəhmət eləsin!
Qeyd edək ki, mayor Elnur Əliyev Füzuli rayonunun Dədəli kəndində anadan olub. Hazırda Dədəli kəndi işğal altındadır. 


OXŞAR XƏBƏRLƏR