Şəhid ailələrinə pul paylamaq istəyən Füzuli Məmmədova deputatlardan CAVAB
15:27 / 14.12.2018
16821
"Şəhid
ailəsinin təminatını kiminsə üzərinə götürmək istəyi meydana çıxırsa, bu elə
bir səviyyədə reallaşdırılmalıdır ki, dövlətin guya bunu etmədiyi nəticəsini
doğurmasın”
Bu il
üçün 58, gələn ilki büdcədə isə həmin məsələ üçün 50 milyon manat vəsaitin
ayrılması nəzərdə tutulub. İlin sonuna qədər sözügedən istiqamətdə aparılan
araşdırmalar yubanarsa, növbəti ildə həmin vəsaitlər son nəfərinə qədər nəzərdə
tutulan insanlara birmənalı olaraq ödəniləcək. Belə olan təqdirdə, hər hansı
bir hərəkət elə bir kontekstdə baş verməlidir ki, bu halda məram xoş olsun, nəticəsi
gerçəkdən hamı tərəfdən qəbul edilsin, gələcəkdə nümunəyə çevrilsin. İnsanların
şəhid ailələrinə köməyi dəyirsə və onun
alt qatında başqa istehlakçı maraqları gizlənmirsə, onu hər kəs müdafiə
etməyə çalışmalıdır”.
Milli Məclisin deputatı Tahir Kərimli də qeyd etdi ki, F. Məmmədov etmək istədiyi xeyirxah işi, guya bunu dövlətin əvəzinə gördüyü kimi yozmamalıdır:
Sfera.az-a
açıqlamasında bu sözləri iş adamı Füzuli Məmmədovun dövlətin öz öhdəliklərini
guya vaxtında yerinə yetirə bilmədiyini əldə bayraq edərək, 100 şəhid ailəsinin
hər birinə 11 min manat ödəməyə hazır olduğunu deməsinə münasibət bildirərkən
Milli Məclisin deputatı Zahid Oruc deyib:
"Kimsə
şəhid ailəsinə yardım edirsə, bu alqışlanılası hadisədir. Ümumən Azərbaycanda
rütbəsindən, sosial mənşəyindən, idarəetmə orqanlarında
çalışıb-çalışmamalarından asılı olmayaraq, hər bir kəs istər ki, Azərbaycanın ərazi
bütövlüyü uğrunda mübarizədə həyatını itirən insanların ailə üzvləri hamı tərəfindən
yüksək dəyər alsın. Bəlli faktdır ki, dövlətimiz Ulu Öldər Heydər Əliyev
zamanında müharibə dövründə belə qeyd etdiyimiz təbəqədən olan insanları həmişə
yüksək tutub, onların və ailə üzvlərinin maddi-mənəvi qayğılarını daşımağa
çalışıb. O illərdə Heydər Əliyev bir çox ailələri şəxsən ziyarət edib. Bundan əvvəlki
liderlərin heç birinin timsalında bunun şahidi olmamışıq. Yaxşı xatırlayıram
ki, baş nazirin müavini İzzət Rüstəmovun vəzifəyə təyinatı məhz övladının şəhid
olması amililə bağlı idi.
Bundan
sonrakı illərdə də torpaq bütövlüyü uğrunda mübarizə aparan insanları bu və ya
digər siyasi cinah və cəbhələrə çəkməyə cəhdlər olub. Həmçinin qeyd etdiyiniz
kimi bu yardımları əldə bayraq edərək, onu siyasiləşdirən və prosesdən kapital
qazanmaq istəyənləri də görmüşük. Digərləri də dediyiniz insanların problemləri
üzərindən xal qazanmağa çalışırlar. Bəzən acınacaqlı şəraitdə olan hər hansı
bir insanı tapıb, on illər ərzində dövlətin minlərlə insana mənzil şəraitinin
yaxşılaşdırılması üçün verdiyi evləri danmaq, bu tədbirləri inkar etmək mövqeyi sərgiləyirlər. Şübhəsiz
ki, şəhid ailələrinə dövlət rəhbəri tərəfindən aprelin 19-da verilən məlum sərəncam
müqəddəs mahiyyət daşıyır. Çünki gerçəkdən keçən əsrin 80-ci illərin sonu,
90-cı illərin ortalarında baş vermiş hadisələr zamanı dövlətin öhdəliyinin məhz
indi yerinə yetirilməsi özəlliklə mənəvi əhəmiyət kəsb edir. Buna görə də şəhid
ailəsinin təminatını kiminsə üzərinə götürmək istəyi meydana çıxırsa, bu elə
bir səviyyədə reallaşdırılmalıdır ki, dövlətin guya bunu etmədiyi nəticəni
doğurmasın.
Milli Məclisin deputatı Tahir Kərimli də qeyd etdi ki, F. Məmmədov etmək istədiyi xeyirxah işi, guya bunu dövlətin əvəzinə gördüyü kimi yozmamalıdır:
"Füzuli
Məmmədovun 100 şəhid ailəsinə 11 min manat vermək istəyini müsbət qarşılayır və
başqa insanlar üçün nümunə hesab edirəm. Ancaq onu da bilməliyik ki, dövlətimiz şəhid
ailələrinə yardım etmək üçün hər çür imkanlara malikdir və cənab Prezident tərəfindən
həmin istiqamət üzrə kifayət qədər vəsait ayrılır.
Bu mənada
Füzuli Məmmədov etmək niyyətində olduğu xeyirxah işi elə təqdim etməməlidir ki,
guya bunu dövlətin əvəzinə edir. Onsuz da F. Məmmədov həmin insanlara 11 min
manat versə də, verməsə də, dövlət öz üzərinə düşən öhdəliyi yerinə yetirəcək.
O şəhid ailələrilə bağlı xeyirxah iş görə bilər, amma bu heç bir halda dövlətin
ödədiyi vəsaitlərə aid olmamalıdır. Çünki bu cəmiyyətdə dövlətimiz haqqında
guya üzərinə düşən öhdəliyi əməl etməməyə çalışması fikrinin formalaşmasına rəvac
verə bilər. Dövlətimiz heç zaman bizi darda qoymayacaq”.
Qeyd
edək ki, oktyabr ayının ortalarında bir sıra şəhid ailələri etiraz aksiyaları təşkil edərək özlərinə düşən
təzminatın ödənilməməsindən şikayət ediblər. Bu fonda iş adamı Füzuli Məmmədov
meydana çıxaraq, 100 şəhid ailəsinin hər birinə 11 min manat ödəməyə hazır
olduğunu bildirib. Lakin iş adamı bilərəkdən, ya da bilməyərək öz niyyətini elə
təqdim edib ki, sanki Azərbaycan dövləti Vətənin bütövlüyü uğrunda canından keçən
şəhidlərimizin ailələrinə yardım etmək istəmir, yaxud da guya buna imkanı
yoxdur:
"Əgər
dövlət öz öhdəliklərini vaxtında yerinə yetirə bilmirsə, belə şəraitdə iş adamları,
o cümlədən diaspor nümayəndələri şəhid ailələrinə kömək etməlidirlər. Öz
oğullarını itirdiklərinə görə ödəmə almaq üçün çoxsaylı aksiyalar keçirən şəhid
analarının alçaldılmasına qətiyyən yol vermək olmaz. Bu məsələnin ümummilli
biabırçılıq səviyyəsinə çatdırılmaması üçün dərhal şəhid analarının problemlərini
həll etmək lazımdır”.
Elçin
Sfera.az