Şəhərin mərkəzindəki kitabxana niyə bağlanıb? - Baş İdarədən açıqlama

Şəhərin mərkəzindəki kitabxana niyə bağlanıb? - Baş İdarədən açıqlama
 Bakı şəhəri, Səbail rayonu , İ.Səfərli küç, 13  ünvanında yerləşən M.Ə.Sabir adına Mərkəzi Şəhər Kitabxanasının 1 saylı filialı fəaliyyətini dayandırıb. 
 
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin İnformasiya və İctimaiyyətlə əlaqələr sektorunun müdiri Pərvanə Muradzadə açıqlamasında deyib ki, kitabxana təmirə dayandırılıb: "Kitabxanada su sızmaları, nəm olduğu üçün təmir işlərinin aparılmasına qərar verilib”. 
P. Muradzadə bildirib ki, təmirlə əlaqədar kitabxanadakı kitabların bir qismi Xətai rayonu, Gəncə pr., 453 M.Ə.Sabir adına şəhər kütləvi kitabxanaya daşınıb. 
 
Təmir işlərinə gələn həftədən başlanacaq. İşlər yekunlaşandan sonra kitabxana fəaliyyətini davam etdirəcək. 
Qeyd edək ki, bu gün sosial şəbəkələrdə M.Ə.Sabir adına Mərkəzi Şəhər Kitabxanasının 1 saylı filialının bağlandığı, kitabxananın yerindən biznes məqsədi ilə istifadə ediləcəyi barədə məlumatlar yayılıb.BakuPost

OXŞAR XƏBƏRLƏR

Kim Kardaşyan süni intellektdən oğurluq etməkdə ittiham olunur - FOTO

Erməni əsilli Kim Kardaşyan özünün geyim markası “SKIMS”in reklamında rol alıb. Pərəstişkarları isə Kardaşyanın videonu yaratmaq üçün süni intellekt...

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

Berkli Kaliforniya Universitetinin iqlimşünasları qarşıdan gələn yayın temperatur və rütubət rekordlarını qıra biləcəyini proqnozlaşdırıblar. Araşdırmanın nətic...

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...