Səhər acqarnına soyuq su içənlərə XƏBƏRDARLIQ

Səhər acqarnına soyuq su içənlərə XƏBƏRDARLIQ
Səhər yuxudan duran kimi acqarına su içməyin orqanizmə faydalı olduğu çoxlarına məlumdur. Bəzi iddialara görə, suyu soyuq içmək daha xeyirdir. Türkiyəli həkim Fevzi Özgönül isə səhər yeməyindən öncə çox soyuq və ya isti su içənlərə xəbərdarlıq edib.

Həkimin bu haqda məsləhətlərini təqdim edirik:

F.Özgönül ilk növbədə çəki azaltmaq və ya maddələr mübadiləsini sürətləndirmək məqsədi ilə səhər yuxudan oyandıqdan sonra soyuq su içməyin səhv addım olduğunu vurğulayır. Həkim normal insanın bədən istiliyinin 36-37 dərəcə olduğunu xatırladır. Bu halda daxili orqanlar 10-12 dərəcə fərqə qədər problem yaratmaz, lakin fərq daha çox olsa, zərər görməyə başlaya bilər: "Əgər bədəninizi sevirsinizsə, onu isti yataqdan bir vedrə buz kimi su tökərək oyandırmayın. Həzm sistemini ana şəfqəti ilə oyandırmaq əvəzinə, üzərinə bir vedrə soyuq su tökərək oyandırmaq düzgün deyil. Soyuq su içsəniz, bədən temperaturu ilə suyun temperaturu arasındakı böyük fərq səbəbindən mədə sıxılar və suyu daha çox zədə yaratmasın deyə bağırsağa keçirməz. Soyuq, ya isti su mədə içərisində qaldığı üçün burdakı turşu sekresiyasına da pis təsir edərək, həzmi zəiflədər. Belə olduqda isə rahat səhər yeməyi yemək əvəzinə narahatlıq yaşayarsınız. Siz bunda yediyiniz qidanı günahlandıra bilərsiniz, lakin əsl günahkar heç düşünmədən yalnız çəki azaltmaq üçün bədəninə pis davranan sizsiniz". 

Həddindən artıq isti içkilər eyni reaksiyaya səbəb ola bilər. Buna görə də nə içmək istəyirsinizsə, bunun istiliyi bədən istiliyindən 10-12 dərəcədən çox isti və ya çox soyuq olmamalıdır.

Həkim bildirir ki, bədənin artıq çəki almasına səbəb olan göbək, omba və budlarda yağ halqası sizi qorumaq üçün meydana gəlir. Misal üçün, ayaq biləyiniz burxulduqda şişdiyi kimi: "Əgər siz həzm sisteminizi gücləndirsəniz, sağlam qidalandırsanız, toxumalar yenidən əvvəlki sıxlığına və sağlamlığına qovuşar. Siz də ideal bədəninizə və çəkinizə qovuşarsınız. Bu səbəbdən də bədəninizlə pis davranmaq, ac qoymaq əvəzinə ona nəvazişlə yaxınlaşıb sanki körpəyə qulluq edirmiş kimi ehtiyaclarını qarşılasanız, hədəfinizə daha tez çatarsınız".
 
 
 
Lent.az //
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Energetika naziri ABŞ-yə səfər etdi

Energetika naziri Pərviz Şahbazov BMT Baş Assambleyasının prezidenti Dennis Francisin dəvəti ilə ABŞ-yə səfər edib.   Nazirlikdən Sfera.az-a ver...

Bu tarixlərdən I sinfə qəbul və məktəb seçimi BAŞLAYIR - Valideynlərin NƏZƏRİNƏ!

Birinci sinfə qəbul üzrə qeydiyyat tarixləri açıqlanıb.   Sfera.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyin...

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.   B...

"5 min tərbiyəçinin fəaliyyətində uyğunsuzluqlar müəyyən edilib" - MÜTDA direktoru

"5 min tərbiyəçinin fəaliyyətində uyğunsuzluqlar müəyyən edilib".   Sfera.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət ...

Tıxaclara qarşı necə mübarizə aparmalıyıq? – Ekspertdən TƏKLİF

Tıxaclar Bakıda uzun müddətdir davam edən problemlərdən biridir. Bu problemin aradan qaldırılması üçün yeni yol qovşaqları, tunellər, körpülər tikilir və yollar...

"Bu hədəf üçün qarşıdakı həftələrdə yeni layihələrimiz olacaq" - Eşqi Bağırov

"4 mindən çox ümumi təhsil müəssisələri fəaliyyət göstərir".   Sfera.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agent...