Səfir: "Rusiya və Azərbaycan strateji tərəfdaşlar kimi münasibətlərini aktiv şəkildə inkişaf etdirir"

Səfir:
"Rusiya və Azərbaycan münasibətlərini aktiv şəkildə inkişaf etdirən strateji tərəfdaşlardır".
 
Sfera.az "Report"a istinadən xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov Bakıda keçirilən mətbuat konfransında deyib.
"Hökumətlərimiz arasında bütün səviyyələrdə qarşılıqlı anlayış var, prezidentlərimiz arasında əla münasibətlər var. Ona görə də Rusiya ilə Azərbaycan arasında ikitərəfli münasibətlər bütün istiqamətlərdə inkişaf edir", - M.Boçarnikov bildirib.

Diplomat növbəti il üçün prioritet istiqamət kimi bu il əməkdaşlıq barədə razılığa gəlinən sahələr üzrə əməkdaşlığın davam etdirilməsini göstərib.

"Bu ildə ilk növbədə iqtisadi və ticari əlaqələrin inkişafı baxımından bir çox razılıqlar əldə olundu. Əminəm ki, 2019-cu il ticarət əməkdaşlığının inkişafı baxımından zəngin olacaq. Biz həmçinin humanitar əməkdaşlığı da artırmağı planlaşdırırıq", - səfir vurğulayıb.
 

OXŞAR XƏBƏRLƏR