Sədərəkdə 60 mağaza yandı — Zəhərlənənlər var
11:00 / 18.02.2020
2875
"Sədərək” ticarət mərkəzində baş verən yanğın söndürülüb.
Sfera.az oxu.az-a istinadən xəbər verir ki, yanğında beş nəfər tüstüdən zəhərlənib, bir nəfər isə yüngül xəsarət alıb.
İlkin məlumata görə, yanğın başlayan korpusda 60-a yaxın mağaza tamamilə yanıb.
Onlardan ikisi 160 kvadratmetrlik ayaqqabı mağazalarıdır.