“Sədərək” Ticarət Mərkəzində aksiya – Mağazalar bağlandı

“Sədərək” Ticarət Mərkəzində aksiya – Mağazalar bağlandı
 

"Sədərək” Ticarət Mərkəzində bir qrup sahibkar etiraz əlaməti olaraq bu gün mağazaları bağlayıblar.

Bu haqda "Yeni Sabah”a məlumat verən iş adamlarından biri deyib ki, etiraza səbəb vergi ilə bağlıdır. O, qeyd edib ki, vergi orqanları bir neçə gündür mağazaları yoxlayır və bütün əmlakı qeydiyyata alırlar. Qeydiyyata aldıqlarına görə də indiki pulun yox, yeni gələcək malın vergisini istəyirlər:

"Yəni əgər keçən ay 10 min manat malın vardısa 1 aydan sonra gəlib yoxlayırlar 11 min manat pul olacaqsa, o zaman min manatın vergisini verməlisən. Sahibkarlar da buna görə narazılıq edir. 

Onsuz da bazara yer pulu üçün ödəniş edəndə bunun içində vergilər də var. Onunla yanaşı bu vergini də tələb edirlər. 10-15 gün qabaq vergi nümayəndəsi ilə iclas keçirildi. Orada nümayəndə bildirdi ki, malları öz adınıza gətirin. Mənim də dükanıma  8,600 manat pul yazıblar. O qədər malım var. İclasda dedilər ki, malı öz adınıza gətirin, karqoyla deyil. 

Mən də nümayəndəyə dedim ki, tək deyil, gömrük işçisiylə gəlsin. Gedib Türkiyədə firmaya girirəm şalvarın biri 10 dollaradır. Mən deyirəm ki, keçən ilki model alacam, bir az ucuz mal istəyirəm. Mənə keçən ilki  5 dollarlıq malı verir. 5 dollardan öz adıma alıb gətirirəm, 36% vergiyə ödəmə edəndə, deyirlər ki, bu mal 5 dollar deyil  10 dollardır. Sən yəqin sənəddə qiyməti azaltmısan. Biri var 5 dolların 36%-ni ödəmək, bir də var 10 dolların”. 

Sahibkarın sözlərinə görə, malı 5 dollara gətirəndə gömrükdə bu qiymətlə qəbul etmirlər:

"Birinci sistemi gömrükdən düzəltsinlər. Gəlib gömrükdə problem yaşamayacamsa öz adıma mal gətirə bilərəm. Amma problem olacaqsa, elə 3 dolları karqoya verib gətirərəm. Gömrük ucuz malı ucuz qeydiyyata almır. Köhnə mal da olsa, yeni kimi hesab edib yeniylə hesablayır. Biri var paltaryuyan maşın istehsal edir. Çindən  5 dollar 30 sentə mator alıb gətirmişdi. Gəldi burada 4 gün saxladılar. Dedilər ki, bunun qiyməti 15 dollardır”.

Sahibkar bildirib ki, hazırda yalnız geyim mağazaları açıqdır. Amma təsərrüfaat və şirniyyat deyilən ərazidəki mağazalar bağlıdır. Sahibkarlar bazar rəhbərliyinin ofisinin qarşısına toplaşaraq problemin həllini tələb edirlər.


OXŞAR XƏBƏRLƏR

Xalq artisti Tünzalə Ağayeva DƏYİŞDİ - FOTO 

Xalq artisti Tünzalə Ağayeva imicində dəyişiklik edib.   Sfera.az xəbər verir ki, pop star saçlarını uzadıb və rəngini narıncıya boyayıb. Onun yeni ...

Cinayət törədən 55 nəfər SAXLANILDI 

Aprelin 23-də ölkə ərazisində qeydə alınan 55, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   Bu b...

Erməni lobbisindən daha bir “SANKSİYA OYUNU”: “Təşəbbüsü irəli sürən şəxs...” 

ABŞ Konqresinin Nümayəndələr Palatasındakı üzvü, ölkədəki erməni lobbisinin fəal iştirakçısı Dina Titusun Azərbaycana qarşı sanksiya layihəsi ilə çıxış etdiyi b...

Deputata AĞIR İTKİ - FOTO

Milli Məclisin Səhiyyə Komitəsinin sədri, Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının sədri, akademik Əhliman Əmiraslanova ağır itki üz verib.   Sfer...

Bəzi rayonlara yağış yağdı - FAKTİKİ HAVA

Aprelin 24-ü saat 9:00-a olan məlumata əsasən, əvvəlcədən xəbər verildiyi kimi, bəzi dağlıq və dağətəyi ərazilərdə hava şəraiti arabir yağıntılı olub, şimşək ça...

Beynəlxalq zəng mərkəzinin fəaliyyəti ləğv edildi: Milyonlarla zərər vurublar

Hüquq-mühafizə orqanlarının əməkdaşları Odessada özlərini Çexiya Mərkəzi Bankının əməkdaşları kimi təqdim edərək əcnəbiləri aldadan zəng mərkəzinin fəaliyyətini...