Seçkidə saxtakarlıq edənlərə bəd xəbər - İŞ PROKURORLUĞA GÖNDƏRİLİR

Seçkidə saxtakarlıq edənlərə bəd xəbər - İŞ PROKURORLUĞA GÖNDƏRİLİR

Xəbər verdiyimiz kimi, fevralın 9-da keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı 4 seçki dairəsinin nəticəsi Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən etibarsız elan olunub.

 

Belə ki, 33 saylı Xətai birinci, 35 saylı Xətai ikinci, 74 saylı Lənkəran kənd və 80 saylı İmişli-Beyləqan seçki dairələrində çoxsaylı seçki məntəqələrində saxtakarlığa yol verildiyi üçün həmin dairlərin nəticələri ləğv olunub.

 

Maraqlıdır, nəticəsi ləğv olunan daiələrlə bağlı cinayət işi açıla bilərmi? Səsvermə prosesində saxtakarlığa yol verən şəxsləri hansı cəzalar gözləyir?

 

Məsələ ilə bağlı Modern.az-a danışan Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev saxtakarlığa yol verilən dairələrin işinin prokurorluğa veriləcəyini bildirib:

 

"Əgər seçki dairələrinin nəticələri saxtakarlığa yol verildiyi üçün ləğv edilirsə, bu məsələlərin araşdırılması prokurorluq orqanlarına verilməlidir. Prokurorluq da konkret olaraq müəyyənləşdirəcək ki, kim hansı əməli törədib. Buna uyğun da məsuliyyətə cəlbetmə məsələsi olacaq. Yəni, əvvəlcədən gərək seçkinin nəticələri təsdiq olunsun, saxtakarlığa yol verilən dairələr dəqiq olaraq müəyyənləşsin ki, məsuliyyətə cəlb olunma prosesi başlansın. Cərimənin məbləği 150 manatdan 7000 manatadək ola bilər”.

 

Ə.Nuriyev seçki hüququnun pozulması, saxtakarlığa yol verilməsi bağlı azadlıqdan məhrumetmə cəzasının da tətbiq olunacağını deyir:

 

"Qanun pozuntusu edərək səsvermənin nəticələrini saxtalaşdıran şəxslər 3 ilədək azadlıqdan məhrum oluna bilərlər. Eyni zamanda, səlahiyyətdən sui-istifadəyə görə isə 7 ilədək azadlıqdan məhrumetmə cəzası verilə bilər. Hələ ki, dairələrlə bağlı məhkəmə qərarı olmadığı üçün konkret olaraq cəzalardan hansının tətbiq ediləcəyini bilmirik”.

 

MSK katibi Mikayıl Rəhimov isə saytımıza bildirdi ki, səsvermədə qanun pozuntusuna yol verilibsə, mütləq şəkildə bu məsələ prokurorluğa göndəriləcək:

 

"Hazırda şikayətlərə baxılır və artıq MSK-nın bu şikayətlərlə bağlı qərarı var. Ayrı-ayrı şəxslər səsvermədə cinayət əməlinə yol veribsə, mütləq şəkildə bu hal prokurorluğa bildiriləcək. Biz sadəcə hansı qanun pozulubsa, onu bildirə bilərik, cinayət işinin açılıb-açılmaması isə prokurorluğun səlahiyyətindədir”.

 

Xatırladaq ki, nəticəsi ləğv olunan dairələr Hüseynbala Mirələmovun lider olduğu 33 saylı Xətai birinci seçki dairəsi, Rauf Arifoğlunun lider olduğu 35 saylı Xətai üçüncü seçki dairəsi, Hadı Rəcəblinin lider olduğu 74 saylı Lənkəran kənd seçki dairəsi və Çingiz Qənizadənin lider olduğu 80 saylı İmişli-Beyləqan seçki dairəsidir.


OXŞAR XƏBƏRLƏR

“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTO

“McDonald's Azərbaycan” şirkətinin qida sənayesinin ən müasir tələblərinə cavab verən 24-cü restoranı aprelin 19-da Bakı şəhərində açılıb. &n...

İsrail, yoxsa İran? - Hansı ölkənin ordusu daha güclüdür? - ARAŞDIRMA

İsrailin İrana hücumundan sonra ən çox maraq doğuran mövzulardan biri də hər iki ölkənin müdafiə potensialı ilə bağlı olub.   Maraqlıdır, hansı ölkən...

Azərbaycan və Yaponiya arasında turizm əlaqələri MÜZAKİRƏ OLUNDU

Azərbaycan və Yaponiya arasında turizm əlaqələrinin inkişaf etdirilməsi və əməkdaşlıq imkanları müzakirə olunub.   Sfera.az Dövlət Turizm Agentliyinə...

Nəcibə Mustafayeva: “Beynəlxalq ictimaiyyət Ermənistanı Metsamor AES-i bağlamağa məcbur etməlidir” - VİDEO

“Ermənistanın Metsamor atom elektrik stansiyası (AES) bütün region üçün təhlükə yaradır”.   Sfera.az xəbər verir ki, bunu Heydər Əliyev A...

"Ukrayna ilə danışıqlara başlasaq da, döyüşləri dayandırmayacağıq" - Lavrov

“Ukrayna ilə yeni danışıqlar başlasa da, Rusiya döyüşlərdə fasilə elan etməyəcək”.   Sfera.az “TASS”a istinadən xəbər verir k...

Qazaxın 4 kəndinin Azərbaycana geri qaytarılması barədə razılıq ƏLDƏ EDİLDİ

2024-cü il aprelin 19-da Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin v...