Seçiciləri Hadi Rəcəblinin müdafiəsinə qalxdı: ”Bu yalandır”

Seçiciləri Hadi Rəcəblinin müdafiəsinə qalxdı: ”Bu yalandır”
Son günlər millət vəkili Hadi Rəcəblinin çoxsaylı mal-mülkü haqqında sosial şəbəkələrdə  məlumatlar yayılıb.  Millət vəkili Hadi Rəcəblinin        seçiciləri onun müdafiəsinə qalxıblar.
 
 Sfera.az saytına məktubla müraciət edən seçicilər bu müraciətlərinin saytda yayımlanmasını istəyiblər. Sfera.az saytı olaraq müraciəti yayımlayırıq.

                                     Müraciət
Deputat Hadi Rəcəblinin seçiciləri kimi, Lənkəranın bir qrup ziyalı və  Qarabağ veteranları adından sizə müraciət edirik.
 
 Son günlər yenidən, dövlətə sədaqətlə xidmət edən, Ulu öndərin siyasi kursunun davamçısı Hadi Rəcəbli ətrafında bir sira müxalif  saytlarda, feysbuk səhifələrində guya onun milyardlarla ölçülən mal və mülkləri vardır kimi yanlış və təhrif olunmuş  materiallar dərc olunur. Bir seçici kimi biz və bütün Lənkəranlılar Hadi Rəcəblini yaxşı tanıyırıq. Bəzi üzdəniraq saytların yazdığı kimi, şadlıq sarayları, villalar, benzin doldurma məntəqələri, mağazalar, kompyuter mərkəzlərinin ona və qohumlarına məxsus olmamasını təkidlə israr edirik. 
   
Xahiş edirik bunu öz saytınızda dərc edəsiniz.
 

Hörmətlə:

1.Sərhad Məmmədov (Lənkəran ağsaqqallar şurasının sədri)
2.İlham Qurbanov ( Qarabağ veteranları və şəhid ailələri 
                                  cəmiyyətinin Lənkəran şöbəsinin sədri)
3.Cəmil Quliyev (Lənkəran Dövlət Humanitar Kollecinin müəllimi,
                               tarix elmləri namizədi)
4.Barat Məhərrəmov (Lənkəran rayon Aşağı-Nüvədi qəsəbə sakini)
5.Əlizadə Cəfərov ( Lənkəran rayon Viyən kənd orta məktəbinin
                                       müəllimi)
 6. Ülkər Hüseynova ( Lənkəran şəhər 2 saylı orta məktəbin müəllimi)



OXŞAR XƏBƏRLƏR