Seçdikləri sosial mənzili elektron imzaları ilə təsdiq edə bilməyənlərə ŞAD XƏBƏR

Seçdikləri sosial mənzili elektron imzaları ilə təsdiq edə bilməyənlərə ŞAD XƏBƏR
"Mayın 7-də ilk sosial mənzillər satışa çıxarıldı. 260 mənzilin təklif olunduğu ilk mərhələdə tələbin yüksək olacağı öncədən bəlli idi. Gözlənildiyi kimi, 8 minə yaxın vətəndaş 260 mənzili daha tez seçməyə çalışdı. İlk günün nəticələri göstərdi ki, Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) prosesə hazır olsa da təəssüf ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi öncədən proqnozlaşdırılan yüksək sifariş dalğasına hazır olmadı”. 

Sfera.az bildirir ki, bu sözləri iqtisadçı-ekspert Vüqar Bayramov deyib.
 
O bildirib ki, ötən gün yaranmış problem elektron sistemdə fasilələrə və seçilmiş mənzilin elektron imza ilə təsdiq olunmasında manelərə səbəb olub: 

"Halbuki, mayın 7-si saat 10.00-da elektron sistemdə yüksək sifarişin olacağı öncədən gözlənilən idi. Bu səbəbdən sistem öncədən test edilməli idi. Sosial mənzillər Azərbaycan vətəndaşları üçün vacib layihə olduğundan bütün mərhələlərdə, xüsusən də ilkin satışda prosesin məsuliyyətli idarəedilməsi çox vacibdir. Mayın 7-də sosial mənzilləri seçən amma sistemdəki fasilələr səbəbindən onu öz elektron imzaları ilə təsdiq edə bilməyənlərə əlavə zamanın verilməsi və onların seçiminin tanınmasına ehtiyac var. Bütün hallarda, birinci mərhələdə seçim etmiş vətəndaşlarımızın evlə təmin olunmasına birmənalı şəkildə imkan yaradılmalıdır. Yasamaldakı kompleksdə daha 1600-dən artıq mənzilin növbəti aylarda satışa çıxarılacağını da nəzər alaraq elektron sistemin təkmil hala gətirilməsi istiqamətində işlərin sürətləndirilməsinə ehtiyac var”.

Nigar Məhərrəm
Sfera.az


OXŞAR XƏBƏRLƏR