Şəbnəm oğluna ad günü etdi, ərini 8 mühafizəçi qorudu - VİDEO

Şəbnəm oğluna ad günü etdi, ərini 8 mühafizəçi qorudu - VİDEO
Bir neçə gün öncə tanınmış və qalmaqallı müğənni Şəbnəm Tovuzlu oğlu Əliyə təmtərahlı ad günü şənliyi etsə də, bu günə qədər onların keçirtdikləri ad günü məclisi medianın gündəmindən düşmür.

Ad günü Şəbnəm ilə həyat yoldaşının birgə zala daxil olması qonaqlar tərəfində alqışlarla müşayət olunub.

Lakin bu doğum günündə edilən bir sıra qadağalar qonaqları belə çaş baş qoyub.

Belə ki, ailə məclisində müğənninin həyat yoldaşı öz yüksək vəzifəli dostları ilə xüsusi hazırlanmış masada əyləşib. Həmin masanı isə nə az, nə çox düz 8 mühafizəçi qoruyub. Heç kəsə sənətçinin həyat yoldaşını çəkməyə icazə verilməyib. 

Bu haqda məclis başlayanda da məclisin aparıcısı bütün qonaqlardan görüntü götürməməyi dönə-dönə rica edib. 

Sənətçinin özü isə bu barədə qısa açıqlama verib: "Əgər bu mənim yoldaşımın qərarıdırsa, mən onun fikrinə ancaq hörmətlə yanaşa bilərəm. Olmazsa, olmaz. Bizim evdə ailənin başçısının sözləri müzakirə olunmur".

Doğum günündə ən maraqlı məqam isə sənətçinin qayınanası, qayınatası və qayınları ilə olan rəqsi olub. Bu zaman məclisin ortasında ancaq sənətçinin ailəsi rəqs edib. Şəbnəmin sənət dostları isə müğənninin ailə rəqsini sonadək alqışla qarşılayıblar.(Baku.ws)




OXŞAR XƏBƏRLƏR

Bakıda 22 yaşlı qız qətlə YETİRİLDİ

Aprelin 20-də səhər saatlarında paytaxtın Xətai rayonunda 2002-ci il təvəllüdlü Cabbarova Elnarə Xətai qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi ilə bağlı ...

ABŞ dövlət katibi Azərbaycanın kəndlərinin qaytarılmasını alqışladı

  “Biz Ermənistan və Azərbaycanın iki ölkə arasında sərhədin delimitasiyası üçün əsas kimi 1991-ci il Alma-Ata bəyannaməsini razılaşdırdıqları bar...

BMT-nin Baş katibi Azərbaycan və Ermənistana çağırış etdi

  “BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri həll etməyə ...

Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?

İri ticarət şəbəkələrində yumurtanın qiyməti kəskin azalıb. Əvvəllər 16-17 qəpiyə satılan yumurta bir neçə gündür ki, 10-12 qəpiyə təklif olunur. Görünən odur k...

Süni intellekt həkimlərin işini yüngülləşdirəcək

"Mass General Brigham MESH" inkubatorunun tədqiqatçıları süni intellektə (AI) əsaslanan çatbotların dərmanları izləmək və məhdudlaşdırmaq üçün istifad...

Polis sosial şəbəkələrdə paylaşdığı fotoya görə işdən çıxarıldı

ABŞ-da bir polis məmuru bir fotoşəkilə görə işindən qovulub.    Sfera.az bildirir ki, Maykl Resçke məşhur gənclər sosial şəbəkəsi “Snapcha...